Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İmtahan canımızı boğazımıza yığıb"
"İmtahan canımızı boğazımıza yığıb"

2 gün öncə müəllimlərin MİQ imtahanları başa çatdı. 2-8 iyul tarixlərində aparılan elektron sənəd qəbulu zamanı 50 697 namizəd qeydiyyatdan keçib, ərizələrdəki göstəricilər araşdırıldıqdan sonra 46 839 namizədin ərizəsi qəbul olunub. İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki təqvim ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

1999-cu ildə qəbul olunan Azərbaycanda Təhsil İslahat Proqramında göstərilib ki, müəllimlərin əməyinin stimullaşdırılması və əmək haqqına diferensial yanaşma məqsədilə rəhbər və pedaqoji kadrların attestasiyası keçirilsin. Müəllimlər attestasiyadan keçirilir, onların biliyi xüsusi komissiya tərəfindən qiymətləndirilir və onlara dərəcələr verilir — ali kateqoriya, 1-ci, 2-ci və 3-cü kateqoriya. Elə o gün bu gündür müəllimlərin sakit həyatında macəra dönəmi başlayıb.

“Deyirlər yenidən attestasiya imtahanları veriləcək. İmkanı olanlar 100 manat verib kursa gedir.İnsan nə qədər imtahan verər? Əgər biz müəllimlər sertifikasiyadan keçiriksə, nəyə görə ali təhsil müəssisələri müəllim hazırlayırlar. Dövlət öz ali məktəbinə inanmır? Müəllim yetişdirib buraxır. Sonra da başlayır onu imtahan eləməyə. İmtahan vermədən işə girmək mümkün deyil.Mənali məktəbi bitirib yenidən müəllim kimi işə düzəlmək üçün kursa getməliyəm.Bu nə qəribə yanaşmadır”.

Bu şikayəti bizə Tərtər rayonunda müəllim kimi fəaliyyət göstərən 25 illik staja malik ibtidai sinif müəllimi Lətifə Kərimova səsləndirib.

“Müəllimdən imtahan götürən şəxsin özünün bilik və bacarıqları nə səviyyədədir? Nə üçün ali məktəblərdə dərs deyən müəllimlər yox, məhz orta məktəb müəllimləri attestasiyaya tabe tutulur. Attestasiya götürən şəxslərin özləri nə vaxtsa pedaqoji fəaliyyətlə məşğul olublarmı?Nə üçün biz pul verərək müəllim hazırlığı kurslarına getməliyik? İmkanı olmayanlar nə eləsinlər bəs? Təklif edirəm dövlət özü bizə kurslar təşkil eləsin, sonra da imtahana salsın. İmtaha girirəm, mən ibtidai sinif müəllimiyəm, nə üçün ali riyaziyyatdan imtahan verməliyəm. Mən ali riyaziyyatdan imtahan verəcəmsə ibtidai sinif müəllimi niyə olurdum, universitetdə dərs deyərdim də. Axı daha nə yaşım o yaşdır, nə də yeni bilikləri qavramam illər öncəki kimidir. Bəli öz sahəm üzrə təkmilləşməliyəm, bunu edirəm. Lakin attestasiyadan keçmədikdən sonra mən və mənim kimi illərlə təcrübəsi olan müəllimlər nə üçün işdən çıxarılmalıdır? 45 yaşım var. İndi nə pensiya yaşımdır, nə də imtahan verib 50-60 baş toplaya bilirəm gənc müəllimlər kimi. O qədər imtahan var, fikrimizi toplayıb dərsimizi də keçə bilmirik. Canımızı boğaza yığırlar. Bu imtahan oyunu nə qədər davam edəcək?”,- deyə Lətifə müəllimə şikayət edir. O həmçinin birinci siniflər üçün olan dərsliklərin qəliz tərtibatından da şikayətçidir.

“Rayon yerlərində uşaqların məktəbə hazırlığı paytaxtda olduğu qədər deyil. Birinci sinif dəsrlikləri çətindir. Əvvəllər yanvar ayına qədər hərfləri öyrədirdik, sonra cümlə quruduq, oxumağı öyrənirdilər. İndi uşaq məktəbə gələndə artıq sözləri oxumalıdır.Rayon və kənd yerlərində alideynlərin uşağın təhsili ilə məşğul olmağa vaxtı çatmır, vaxtı çatan da deyir, başım çıxmır. Kurriklyum sistemi valideynlərlə məktəb arasındakı əlaqəni çətinləşdirdi. Biz rayon yerlərində uşaqların proqramı mənimsəsməsi üçün onları yenidən evimizə çağırıb hazırlaşdırmalı oluruq. Əlavə yüklənirik. İmtahan hazırlaşmağa vaxtımız qalmır və aşağı qiymət alırıqsa işdən çıxarılmalıyıq?”

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bizimyol.info-nun məslə ilə bağlı sualına cavab olaraq bildirib ki, Azərbaycanda diaqnostik qiymətləndirmə nəticəsində hansısa bir işçinin işdən azad olunması nəzərdə tutulmayıb. "Əmək Məcəlləsinin 67-ci və 70-ci maddəsinə görə, attestasiyadan keçməyən müəllimlərin işdən azad olunma məsələsi qanunvericiliklə tənzimlənir və müəyyən olunur. Attestasiyanın qərarları yalnız tövsiyə xarakterlidir. Onu işdə saxlayıb-saxlamamaq müəssisə rəhbərinin səlahiyyətində olan bir məsələdir. Əmək Məcəlləsinin tələblərinə görə, attestasiya nəticəsində müəllimlərin işdən azad edilməsi yolverilməzdir”.

İlhamə Rəsulova

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› Artıq mini sualtı gəmilərimiz də var
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
››› Rusiyanın hakim Vahid Rusiya Partiyası seçkilərdə qələbəsini elan edib
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »