Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Biri qadın olan narkotacirlərdən külli miqdarda "patı" aşkarlandı - Video
Biri qadın olan narkotacirlərdən külli miqdarda "patı" aşkarlandı - Video

Polis əməkdaşları tərəfindən paytaxt ərazisində narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin  mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəlcə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Elazə Mustafayeva saxlanılıb. Onun üzərindən 2 qrama yaxın psixotrop maddə olan metamfetamin aşkar edilib.

Polis İdarəsində davam etdirilən əməliyyatlar zamanı müəyyən edilib ki, Elazə Mustafayeva narkotik vasitələri Vuqar adlı şəxsdən alıb. Əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Hacıqabul rayon sakini Vüqar Məhərrəmov saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərinə baxış zamanı 16 qrama yaxın heroin və metamfetamin aşkar olunub.

Vüqar Məhərrəmov ifadəsində qeyd edib ki, sosial şəbəkələrdə birbaşa olaraq tanış olduğu xarici ölkə vətəndaşlarından biri ona qaçaqmlçılıq yolu satmaq məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə göndərib. O, həmin narkotik vasitələri Beyləqan-İmişli yolunun kənarından əvvəlcədən razılaşdırılan yerdən götürərək satmaq məqsədi ilə Bakı şəhərinə gətirib. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Vüqar Məhərrəmovun gizlətdiyi yerdən 3 kiloqram 944 qram heroin və 3 kiloqram 503 qram metamfetamin aşkar olunaraq götürülüb,

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Elazə Mustafayeva və Vüqar Məhərrəmov istintaqa cəlb olunublar. Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanusuz dövriyyəsinin qarşısının alınması istiqamətində Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »