Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Biri qanunverici, digəri qanun keşikçisi - Polisi döyən deputatın axırı necə olacaq...
Biri qanunverici, digəri qanun keşikçisi - Polisi döyən deputatın axırı necə olacaq...

Deputat Eldəniz Səlimovun polis əməkdaşını döyməsi barədə məlumatlar yayılıb. Baxmayaraq ki, DİN-nin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bu barədə onlara məlumat daxil olmadığını deyir, döyülən polisin adı da məlumdur.

Hadisə polis əməkdaşlarının deputatın Nabranda əyləşdiyi restoranda reyd keçirdiyi zaman baş verib.

Eldəniz Səlimov Eldəniz Səlimov

Polislər gecə saat 12-dən sonra restoranın bağlanmalı olduğunu əsas gətirərək, qonaqların getməsini xahiş ediblər. Mübahisə yaranıb və sərxoş olan deputatın polis Zaur Cavanşir oğlu Mirzəyevə hücum etdiyi bildirilir. Hadisəyə Xaçmaz rayon sakinləri şahidlik ediblər. Xəsarət almış polisin işə çıxamdığı, hadisədən sonra gənc deputatın valideynmlərinin polisin şikayətçi olmaması üçün ailəyə xahişə getdiyi də deyilir. Xaçmaz rayon sakinləri restoranın deputatın qohumuna məxsus olduğunu bildiriblər. Məsələ ilə bağlı deputat Eldəniz Səlimovla danışmaq istəyimiz baş tutmadı.

Qanunverici orqanda çalışan birinin qanunu qoruyanı, dövlət məmurunu vəzifə başında döyməsi necə nəticələnəcək?

Bizimyol.info-nun sualını cavablandıran deputat Əli Məsimli bildirdi ki, belə məsələlərə münasibətdə münaqişə qərəfinin hansınasa münasibətdə mülahizə yürütməklə yox, obyektiv araşdırıb,qanunla müəyyən olunmuş qaydada qiymət vermək lazımdır. “Qanun qarşında hamı, deputat da, polis də, başqa bir vəzifə sahibi də eyni vəziyyətdədir. Qanun obyektiv şəkildə hamıya şamil olunur”.

Əli Məsimli - Deputat Əli Məsimli

Polis haqqında Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsində deyilir ki, Polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanunla səlahiyyət verilmiş şəxslərdən başqa, hər hansı şəxsin istənilən səbəbdən polisin qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə səbəb olur.

Görünür, cənab deputat düşünür ki, millət vəkili kreslosunda oturmaq özündən aşağı vəzifədə olan bütün vətəndaşlara yuxarıdan aşağı baxmaq, hökm etmək hüququ verir. Birincisi, Milli Məclisin nizam-intizam qaydaları var və bu qaydalar qanunları pozan deputtaların cəzalandırılmasını nəzərdə tutur. İkincisi, biz bu günə qədər vəzifəsindən sui-istifadə etmiş bir çox millət vəkillərinin işindən azad edildiyinin şahidi olmuşuq. Qanunun aliliyi prinsipi ilə yaşayırıqsa polis də, deputat da qanunla hərəkət etməli, ilk amalları isə xalqa xidmət olmalıdır.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »