Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə yanğınlarda həlak olan 25 yaşlı gənci təəssüflə xatırlayır - Foto
Türkiyə yanğınlarda həlak olan 25 yaşlı gənci təəssüflə xatırlayır - Foto

Türkiyənin ciyərləri yanmaqda davam edir. Artıq bir neçə gündür qarşısı alına bilməyən meşə yanğınları fəlakət həddinə çatıb. Yanğında ölən 25 yaşlı Şahin Akdemir barədə Türkiyə mətbuatında ayrıca məqalə dərc edilib.

Marmaris bölgəsində meşə yanğınlarında yanğınsöndürən briqadalara içməli su daşıyan və əlindən gələn köməyi edən bu gənc də alovlara qurban gedib.Su daşıyarkən motosikleti ilə qəza edən Şahin Akdemir yanan ərazidən çıxa bilməyib və yanaraq həyatını itirib.Onun sosial şəbəkələrdə son paylaşımı görənləri duyğulandırıb: "Su daşımağa davam edəcəm. Yanğınsöndürənlərə kömək lazımdır, Allah əməlimi xeyir iş kimi qəbul eləsin”.

Hadisə Marmarisin Armutalan Məhəlləsindəki meşəlikdə baş verib. Təkcə bu ərazidə yanğınların nəzarət altına alınması üçün 14 yanğınsöndürən avtomobil, 6 su tankeri,6 helikopter,5 buldozer, 5 treyler, 11 texniki personal, 5 meşəbəyi və 135 yanğınsöndürən cəlb edilib.

Şahin Akdemir, Türkiyədə meşə yanğınlarına qarşı mübarizədə həlak olan gənc

Şahin Akdemir könüllü olaraq yanğının söndürülməsində iştirak edənlərə su daşıyırdı. O 1 ay öncə də baş vermiş yanğınlar zamanı eyni fədakarlığı göstərmişdi.

İlhamə, Bizimyol.info

Paylaş »
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› Təkbaşına bütün İngiltərə ilə döyüşən və dövlət quran adam...
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Sosial şəbəkələrdə videosu yayılan qazi ilə bağlı rəsmi açıqlama - Video
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› “Paşinyan Ərdoğanla görüşüb müxtəlif vədlər verməklə vaxt qazanmaq istəyir”
Son xəbərlər
Bütün xəbərlər »