Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Zəfər Salnaməsi” kitabı hazırlanıb
“Zəfər Salnaməsi” kitabı hazırlanıb

Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı qələbəsinə həsr olunmuş “Zəfər Salnaməsi” hazırlanmışdır. Kitab Azərbaycan Respublikası Prezidentinin ön sözü ilə başlayır.

“Zəfər Salnaməsi”nin mərkəzi ideyası Vətən müharibəsinin gedişini, həmin ərəfədə baş verən prosesləri, müharibədən sonrakı qayıdışı günbəgün xronika formatında izləməkdir. Kitabı oxuyarkən Zəfərin əsas formulu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dönməz siyasi iradəsi, proseslərə strateji baxışı və sistemli yanaşması, son 17 ildə yürütdüyü daxili və xarici siyasət, ölkənin illər ərzində toplanmış iqtisadi gücünün siyasi, diplomatik və hərbi gücə transformasiyası, erməni işğalı ilə barışmayan xalqımızın və yetişmiş gənc nəslin torpaqlarımızı azad etmək əzmi, Prezident-xalq-ordu birliyinin vahid dəmir yumruqda birləşməsini görürük.

Son illər baş vermiş hadisələr, proseslərin intensivliyi və mahiyyəti Azərbaycan Prezidentinin bütün fəaliyyətinin məhz torpaqların işğaldan azad olunmasına yönəldiyini bir daha nümayiş etdirir.

Proseslərin gedişini və ardıcıllığını daha müfəssəl təqdim etmək üçün kitab 3 hissəyə bölünmüşdür.

“Ərəfə” adlanan birinci hissə 2016-cı il aprel döyüşlərindən 2020-ci ilin sentyabrınadək olan dövrü əhatə edir, bu müddət ərzində Azərbaycanın şanlı qələbəsinə aparan addımlar təsvir edilir, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordunun möhkəmləndirilməsi, ölkənin iqtisadi gücünün daha da artırılması, beynəlxalq səviyyədə Azərbaycanın haqlı mövqeyinin ortaya qoyulması istiqamətində atdığı ardıcıl və davamlı addımlar əks olunur.

“Vətən müharibəsi” adlı ikinci hissə 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan qısa dövr ərzində həm döyüş meydanında, həm arxa cəbhədə, həm diplomatiya müstəvisində və həm informasiya məkanında Azərbaycanı qələbəyə aparan mübarizə əks olunur. Burada Ali Baş Komandanın dünya liderləri ilə danışıqlar zamanı, xarici media nümayəndələrinə verilən müsahibələrdə prinsipial mövqeyi, Azərbaycanı 44 gün ərzində qələbəyə aparan yol təsvir olunur.

Sonuncu, “Qayıdış” adlı hissədə isə 30 illik işğalın real nəticələri işıqlandırılır. Ermənistan tərəfindən Azərbaycan torpaqlarında həyata keçirilmiş urbisid, ekosid, mədəniyyət və dini abidələrin məhv edilməsi və digər qanunsuz əməllərin nəticələri təqdim olunur. Bakının Azadlıq meydanında qələbəyə həsr olunmuş Zəfər paradına xüsusi yer ayrılır, habelə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin qısa müddət ərzində start verdiyi quruculuq və bərpa işləri barədə məlumat təqdim edilir.

“Zəfər salnaməsi” xronika formatında olduğu üçün Böyük qayıdışla bağlı nəşrin davamı nəzərdə tutulur.

Daxili və xarici oxucu auditoriyasını əhatə etmək üçün xronika 3 dildə - Azərbaycan, İngilis və Rus dillərində tərtib edilmişdir.

Burada “IRS Publishing House”, Müdafiə Nazirliyi və AZƏRTAC-ın çəkdiyi fotoşəkillərdən, Ekologiya və təbii sərvətlər nazirliyi “Geodeziya və Kartoqrafiya” MMC-nin xəritələrindən istifadə olunmuşdur.

Kitab Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və “IRS Publishing House” birgə səyləri ilə hazırlanmış, “IRS Publishing House” tərəfindən nəşr edilmiş, PAŞA Həyat Sığorta ASC nəşrə yaxından dəstək göstərmişdir.

Zəfər səlnaməsi

Paylaş »
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› Raketi görməyənlər, şəhid ailəsinin daşı ilə özünə tualet tikənlər – Qısası, İcra Hakimiyyətləri
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› İnsanlar beynini qida ilə sıradan çıxarır
››› Pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
››› Putinin istəyinə çatması Rusiyaya nəyin bahasına başa gələcək...
››› “30 ildir yaşadığım evin mülkiyyət sənədini almağıma imkan vermirlər”
Son xəbərlər
Bütün xəbərlər »