Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq

“Operativ Qərargahın verəcəyi qərardan asılı olaraq, əgər sentyabrdan məktəblərdə əyani təhsil olarsa, kirayə bazarında canlanma ola bilər. Ancaq hazırda bu barədə heç bir fikir irəli sürmək mümkün deyil. Çünki dərslər onlayn keçirilirdi və xaricdə təhsil alan tələbələr belə ölkəyə qayıtmışdı. Bu səbəbdən də hər il kirayə bazarına tələbələrin təsiri ilə bağlı heç nə demək mümkün deyil”.

Bu barədə Bizimyol.info saytına əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev danışıb. Onun sözlərinə görə, pilot layihələrlə bağlı söküntülər olsarsa, bəlkə o zaman kirayə bazarında hərəkət olar. Çünki evləri sökülən vətəndaşlar yaxınlıqdakı binalarda kirayə evlər tutmağa çalışır.

Elnur Fərzəliyev Elnur Fərzəliyev

Ekspert deyir ki, pandemiya kirayə bazarındakı qiymətlərə elə də böyük təsir etməyib. Belə ki, əvvəlki qiymətlərlə indiki qiymətlər arasında fərq 50 manatdan artıq deyil. Hazırda mənzillər elə köhnə qiymətlərə kirayə verilir.

"Kirayə bazarında nisbətən münasib olduğu üçün köhnə evlərdəki binalara tələbat var. Yeni binalarda mənzillər baha olduğu üçün hazırda boşdur. Bu mənzillərdə daha çox xarici qonaqlar və ya Azərbaycana işləmək üçün gələn əcnəbilər qalırdı. Pandemiyadan sonra bütün mənzillər boşaldı."

Ekspert hesab edir ki, vəziyyət bu axarla davam edərsə, kirayə evlər hələ uzun müddət boş qalacaq.

İlahin, Bizimyol.info

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »