Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Virtual oyunlar niyə təhlükəlidir...
Virtual oyunlar niyə təhlükəlidir...

Yeniyetmələrin virtual oyunlardan asılılığı psixoloji problemlərə səbəb ola bilər. Belə ki, virtual oyunlar real və real olmayan anlayışların bir-birinə qarışdırılmasına, ən vacib isə asılılığa səbəb ola bilər.

Araşdırmalara görə, zorakılıq və döyüşün təbliğ edildiyi oyunları oynayan gənclər yuxularında da döyüşə davam edir. Bəs uşaqları virtual oyunlardan necə uzaqlaşdırmaq olar? Bu barədə Bizimyol.info saytına psixoloq Ayşən Babayeva danışıb. Onun sözlərinə görə, bunun üçün ana və ata uşağa nümunə olmalı və uşağa ayrılan zaman artırılmalıdır.

“Bir neçə il əvvəl Rusiyada 15 yaşlı yeniyetmə sırf insan öldürməyin necə bir hiss olduğunu öyrənmək üçün sevdiyi vitual oyundakı ssenari ilə gənc bir qadını öldümüşdü. Bu hadisə internet oyunlarının təsirini gündəmə gətirmişdi. Virtual oyunlar oyunun ssenarisi səbəbi ilə şiddət davranışlarını adiləşdirir. Bundan başqa gənclər və uşaqlar tanımadıqları insanlar ilə tanış olaraq istismara da məruz qala bilər. Virtual oyunlar bu təhlükələrlə yanaşı bir çox ruhi pozuntulara da səbəb ola bilər”.

Mütəxəssis qeyd edir ki, saatlarla oyun oynamaq çəkinin artmasına, baş ağrısı ilə yanaşı hirs və aqressiv davranışların artmasına səbəb olur. Bununla yanaşı virtual oyunlar zamanla asılılıq da yaradır.

Oyuna aludə olan uşaq və ya gənc reallıq və virtual aləm anlayışını qarışdırmağa başlayır. Oyun oynayan şəxs özünü təhlükə altında hiss edir, sinifdə belə aqressiv davranış nümayiş etdirirlər.

“Uşaqlara çox vaxt ayırın. Beləlikə uşaqlarınızı virtual aləmdən çəkib, real həyatın fərqinə varmalarına kömək edə bilərsiniz. Uşaqların oyun oynamasına saat məhdudiyyəti qoyulmalıdır. Onlara 2 saatdan artıq oyun oynamağa icazə vermək olmaz. Gün ərzində 2 saatdan artıq oyun oynayan uşaqlar dünyanı dərk edə bilmir. Real həyata oyun kimi baxır. Dostları -sinif yoldaşları ilə münasibətləri pozulur. Hətta valideynləri ilə də aqressiv davranmağa başlayır. Belə uşaqların digər pis vərdişlərə sahib olması çox asan olur. Virtual mühitdən ayrıla bilməyən uşaq narkotik vasitələrə və ya alkoqollu içkilərə də meyl göstərə bilər. Çünki bəzi oyunlar var ki, bu oyunlarda belə təbliğat aparılır. Qısacası, normal cəmiyyət üçün normal uşaq yetişdirmək istəyiriksə, uşaqlarımızı virtual mühitdən qoparıb almalıyıq. Əks halda, bu, asılılığa çevrilə bilər. Asılılqdan qurtulmaq isə asan məsələ deyil”. - deyə mütəxəssis qeyd edir.

İlahin, Bizimyol.info

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
Son xəbərlər
Bütün xəbərlər »