Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"7 aya yaxın ondan heç bir xəbər ala bilmədik"
"7 aya yaxın ondan heç bir xəbər ala bilmədik"

İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış bəzi hərbçilərimizin nəşi ölümündən aylar sonra tapılırdı. Əbülfəz Rəhmətovun da ailəsi onun nəşinin tapılması üçün 7 ay gözləmişdi.

2020-ci il oktyabr ayında Əbülfəzlə əlaqə dayanmışdı. Ailə Əbülfəzin şəhid olduğunu düşünsə də, bir xəbərin olmaması bir ümid idi. Ancaq 7 ay sonra, bu ilin may ayında şəhid olmuş hərbçimizin nəşi tapılır.

Rəhmətov Əbülfəz Hüseynverdi oğlu 1989-cu ildə Lerik rayonunun Anbu kəndində anadan olmuşdu. Uşaqlıqdan hərbə meyl göstərən Əbülfəz 2006-cı ildə orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi məktəbinə daxil olur. 2010-cu ildə Ali Hərbi məktəbini bitirib leytenant hərbi rütbəsi alır və həmin ildən vətənə xidmət etməyə davam edir..

2017-ci ildə kapitan rütbəsi alan Əbülfəz Rəhmətov müxtəlif hərbi hissələrdə tağım komandiri, kəşfiyyat tağım komandiri, kəşfiyyat bölük komandiri, hərbi hissənin kəşfiyyat rəis əvəzi, motoatıcı taborun qərargah rəisi, motoatıcı tabor komandiri vəzifələrində xidmət edib. 2010-2020-ci illərdə Qusar, Abşeron, Goranboy, Tərtər, Tovuz və Gəncədə olan hərbi hissələrdə xidmət edib.

Ailəsinin Bizimyol.info saytına verdiyi məlumata görə, Əbülfəz aprel döyüşlərində və 2020-ci ildə Tovuz döyüşlərində general-mayor Polad Həşimov ilə bir sırada qəhrəmanlıqla döyüşür.

İkinci Qarabağ müharibəsində isə Əbülfəz kəşfiyyatçı və motoatıcı taborun qərargah rəisi kimi iştirak edir:

“Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşur. Və oktyabrın 16-da Cəbrayıl istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olur. Nəşi uzun müddət tapılmadı. 7 aya yaxın ondan heç bir xəbər ala bilmədik. Və bu il mayın 6-da nəşi Cəbrayıl rayonunda tapıldı”.

Əbülfəz Rəhmətov Lerik rayonunda dəfn edilib.

Rəhmətov Əbülfəz Hüseynverdi oğlu

Şəhid Əbülfəz Rəhmətov evli idi. Özündən sonra iki övladı qalıb.

Ölümündən sonra şəhid zabitə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilib.

Tanrıdan şəhidimizə rəhmət, ailəsinə və xalqımıza başsağlığı diləyirik.

İlahin, Bizimyol.info

Paylaş »
››› İcra başçısının bacısı oğlundan kənd camaatına qəribə qadağa...
››› Bu il məktəblərdə gül buketi “gül pulu” ilə əvəz olundu: Əlində gül yox, cibində pul gətir
››› Zaxarova Gorus-Qafan yolunda Azərbaycanın İranın yük maşınlarını saxlamasına münasibət bildirib
››› İran Xankəndini Ermənistan ərazisi hesab edir - Foto
››› Dama-dama göl olan 15 qəpiklər – Deputatın çıxışı xalqı qəzəbləndirdi
››› Vampir hekayələri gerçəkləşir -  Hər gün qan içməsə, dayana bilmir
››› “İran Azərbaycanla münasibətlərdə nə istədiyini, nə gözlədiyini aydın ifadə etməlidir”
Son xəbərlər
Bütün xəbərlər »