Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Allergiya insanların həyatı üçün təhlükəli bir vəziyyətdir"
"Allergiya insanların həyatı üçün təhlükəli bir vəziyyətdir"

“Dünya üzrə aparılmış son tədqiqatların nəticələri göstərdi ki, respirator allergiya və bronxial astmadan əziyyət çəkən xəstələr COVID-19-un ciddi və həyati təhlükəli formaları ilə xəstələnməyə bilərlər. Əldə olan məlumatlara görə, koronavirus infeksiyası COVID-19 üçün risk qrupunda olan ağır dərəcəli, nəzarət olunmayan bronxial astma istisna olmaqla, digər allergik xəstəliklərin gedişini ağırlaşdırmır”.

Bunu bir müddət əvvəl Səhiyyə Nazirliyinin baş allerqoloqu Lalə Allahverdiyeva deyib.

Allegiya nədir?

Toz, arı zəhəri və s. digər hər hansı bir qidaya qarşı immun sistemi tərəfindən verilən reaksiya allergiya adlanır.

Normal şərtlərdə immun sistemi, orqanizmi zərərli maddələrə qarşı müdafiə prosesini yerinə yetirmək üçün antikor adlanan maddə ifraz edir. Allergiyası olan şəxslərdə isə immun sistemi müəyyən bir maddəni və ya qidanı allergen olmasa belə zərərli hesab edərək antikor ifraz edir. Bu səbəbdən də şəxs allergen maddə ilə təmas etdiyi zaman immun sistemi tərəfindən göstərilən reaksiya şəxsin dərisini, sinuslarını, hava yollarını və ya həzm sistemini şişirdib qızardır.

Allerqoloq Nigar Allahverdiyevanın sözlərinə görə, allergiyanın səviyyəsi şəxslərə görə dəyişir. Bəzən kiçik bir əlamətlə özünü göstərən allergiya, bəzən isə anafilaktik şoka da səbəb olur.

“Allergiya insanların həyatı üçün təhlükəli bir vəziyyətdir. Allergiya bütünlüklə müalicə edilməsə də, əlamətlərini azaldan müalicə üsulları mövcuddur. Allergiya şəxsin immun sisteminin zərərsiz bir maddəni səhvən təhlükəli maddə kimi qəbul edilməsi ilə başlayır. Bu zaman orqanizm antikor ifraz edir. Şəxs allergen maddə ilə qarşılaşan zaman antikorlar allergiya əlamətlərinə səbəb olan histamin adlı kimyəvi maddə yaradır” - deyə allerqoloq qeyd edib.

Allergiya; toz, heyvan tükü, fıstıq, buğda, balıq, dəniz məhsulları, yumurta, süd və ya arı zəhərinə qarşı ola bilər. Ailəsində eqzema, astma və s. kimi xəstəliyi olan şəxslərdə allergiya yaranması ehtimalı böyükdür.

Həkimin sözlərinə görə, şəxsdə allergiya olması, astma və nəfəs yolları xəstəlikləri allergiya ilə bağlı anafilaktik şok riskini artırır. Müşahidələrə görə allergiyası olan şəxslərdə daha çox astma meydana gəlir.

Allergiyadan qorunmaq üçün allergiya yaradan məhsullardan qaçmaq lazımdır:

“Allergiyası olan şəxslər qidalarına diqqət yetirməli, allergiya əlamətlərini azaldan məhsullardan istifadə etməlidir. Bunun üçün isə həkimlə məsləhətləşmək lazımdır. Ciddi allergiyası olan şəxslər isə bunu unutmamalı, hətta ətrafındakı insanlara da bu barədə danışmalıdır”.

Həkim qeyd edir ki, bəzən dərman vasitələri də allergiyaya səbəb ola bilər. Bu səbəbdən də ilk dəfə qəbul edəcəyiniz dərmanlar haqqında ətraflı məlumat almadan həmin dərmanlardan istifadə etmək məsləhət görülmür:

“Həkimə gedərkən, hərhansı bir müalicə yazılan zaman və ya vaksin vurdurduğunuz zaman həkimə allergiyanızın olduğunu bildirin. Çünki tibb müəssisələrində anfilaktik şoka qarşı dərman vasitələri olur. Tibb bacıları öncədən sizin allergik insan olduğunuzu bilərsə, buna qarşı vasitələri də əl altında saxlamış olar. Bundan başqa da, əgər allergiyanız varsa, həkimə və s. yerlərə tək getməyin”.

İlahin, Bizimyol.info

Paylaş »
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› Raketi görməyənlər, şəhid ailəsinin daşı ilə özünə tualet tikənlər – Qısası, İcra Hakimiyyətləri
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› İnsanlar beynini qida ilə sıradan çıxarır
››› Putinin istəyinə çatması Rusiyaya nəyin bahasına başa gələcək...
››› Pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
››› “30 ildir yaşadığım evin mülkiyyət sənədini almağıma imkan vermirlər”
Son xəbərlər
Bütün xəbərlər »