Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Avtomobillərdə müxtəlif yazıların yazılmasını qadağan edən qanun yoxdur"
"Avtomobillərdə müxtəlif yazıların yazılmasını qadağan edən qanun yoxdur"

Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin arxa şüşələrinə müxtəlif məzmunlu şüarların yazılması ilə bağlı sürücülərə müraciət edib.

Müraciətdə qeyd olunur ki, son vaxtlar avtomobil yollarında bəzi sürücülərin digər yol hərəkəti iştirakçılarının diqqətini cəlb etmək və ya nəyisə reklam etmək məqsədilə nəqliyyat vasitələrinin arxa şüşələrinə müxtəlif məzmunlu şüarlar yazmaları yaxud fotolar vurma halları müşahidə olunur ki, bu da bəzən etik normalara zidd olmaqla bərabər yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdəndir. Baş Dövlət Yol Polisi İdarəsi bu kimi halların qarşısının alınması məqsədilə avtomobil sahiblərinə və sürücülərə müraciət edərək nəqliyyat vasitələrində əgər bu cür yazılar, fotolar varsa, onların çıxarılmasını xahiş edir və bildirilir ki, belə nəqliyyat vasitələri dayandırılaraq müvafiq tədbirlər görüləcək.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bizimyol.info saytına bildirib ki, avtomobillərdə müxtəlif yazıların yazılmasını qadağan edən qanunvercilik bazası hələ ki, yoxdur:

“Məsələ birinci hüquqi müstəvidə həllini tapmalıdır. Avtomobillərə yazılaırn yazılması və ya hərhansı stikerlərin yapışdırılmasının qadağan edilməsi ilə bağlı maddə olmalı, məsələ qanunla tənzimlənməli və buna görə, hərhansı bir cərimənin olduğu qeyd edilməlidir. Əvvəlcə bu aydınlaşdırılmalıdır”.

Elməddin Muradlı Elməddin Muradlı

Ekspert əlavə edib ki, polis artıq bununla bağlı xəbərdarlıq edib və sürücülərə belə yazıların yazılması və stikerlərin silinməsi ilə bağlı tövsiyyə edilib.

E.Muradlının sözlərinə görə, hazırda avtomobillərə milli mentalitetə uyğun olmayan yazılar yazılır. Cəzasızlıq, kriminal aləm və narkomaniya təbliğ edilir:

“Bu günlərdə bir yazıya rast gəldim: “sürətlə sür, cavan öl, meyidin cavan qalsın” qeyd edilmişdi. Bir başqa yazı da isə “həyat mənə heç bir zaman yaşıl işıq yandırmadı, bu səbəbdən də mən heç bir zaman qırmızı işıqda dayanmıram” qeyd edilirdi. Bu tip yazıların yazılması sürətlə artır. Buna görə, hesab edirəm ki, gec olmadan qarşısı alınmalıdır. Sadəcə olaraq, hüquqi baxmdan bir istinad nöqtəsi olmalıdır. Buna görə, sürücülərə müraciət edirəm, belə əməllərdən daşınsınlar. Avtomobillərə yazılan yazılar diqqəti yayındırmaqla yanaşı, pis təbliğat aparır. Buna görə də hüquqi baxımdan məsələ həll edilməli, inzibati məsuliyyət olmalıdır”.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »