Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Peyvənd vurdur, endirim al”
“Peyvənd vurdur, endirim al”

İstanbul Ticarət Palatası Başçısı Şekib Avdagiç, peyvənd olunan şəxslərə mükafat verilməsi tələbi irəli sürüb.

Bizimyol.info xəbər verir ki, o, açıqlaması zamanı bildirib ki, son günlərdə yoluxma sayının artmasından sonra peyvənd edilənlənlərin artması üçün kampaniyalar başladılmalı və “peyvənd vurdurun, endirimi alın” kampaniyası aktivləşdirilməlidir.

Avdagiç, müxtəlif  böyük şirkətləri, pərakəndə satış qruplarını, maliyyə institutlarını, əhaliyə xidmət edən hava yolları və otelləri bu mükafatlandırma sisteminə qoşulmağa dəvət edib.

O, yoluxanların sayının yenidən artdığını və 22 milyondan çox insanın hələ də peyvəndlənmədiyini bildirib. Bunun üçün də peyvəndlənmənin üstünlüklü bir qrup halına gətirilməsinin çox müsbət töhfələr verəcəyini qeyd edib.

“Mövsümi endirimlər kimi, peyvənd mövsümü üçün də endirim edə bilərik. Peyvəndi yenicə alanlara daha yüksək endirim tətbiq oluna bilər. İnanırıq ki, bu təcrübələr əhəmiyyətli töhfə verəcək ”,-deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »