Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün Beynəlxalq Pələnglər Günüdür
Bu gün Beynəlxalq Pələnglər Günüdür

Hər il iyulun 29-u dünyada Beynəlxalq Pələnglər Günü kimi qeyd olunur.

Bu gün 2010-cu ilin noyabrında Sankt-Peterburqda pələnglərin qorunması məsələləri üzrə hökumət başçılarının iştirakı ilə keçirilən “Pələng sammit”ində təsis olunub. Pişikkimilər fəsiləsinin növü olan pələngin sayı, təəssüf ki, son yüzillikdə getdikcə azalıb. Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib.

O qeyd edib ki, Azərbaycanda isə pələngə (Turan pələngi) 1932-ci ilə qədər ölkəmizin əsasən cənub hissəsindəki düzənlik meşələrdə, Kür-Araz ovalığında rast gəlinib. Hazırda Turan pələngi yer üzündən silinmiş yarımnövlər siyahısına daxildir.

“Azərbaycanda nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan fauna növlərinin mühafizəsi ilə bağlı aparılan tədbirlər sırasında pişikkimilər fəsiləsindən olan bəbirin mühafizəsi xüsusi yer tutur.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İDEA İctimai Birliyinin və Ümumdünya Təbiəti Mühafizə Fondunun ölkə ərazisində pişikkimilərin populyasiyasının bərpası proqramı çərçivəsində keçirdikləri monitorinqlər zamanı ölkənin müxtəlif areallarında bəbirlərin sayında artımın müşahidə olunduğu və davamlı populyasiyasının yarandığı foto-tələlər vasitəsilə sübuta yetirilib”.

Xidmət rəsmisinin sözlərinə görə, son illərin tədqiqatları Azərbaycanda bəbir populyasiyasının Hirkan meşələri, Naxçıvan MR ərazisi və Mingəçevir su anbarının ətrafındakı arid landşaftlarda yayıldığını göstərir.

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »