Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ən bahalı təhsil sisteminə xoş gəldiniz – Özümüzə niyə qənim kəsilmişik
Ən bahalı təhsil sisteminə xoş gəldiniz – Özümüzə niyə qənim kəsilmişik

Ali məktəblərə qəbul imtahanları başa çatdı. İndi abituriyentlər və valideynlər nəticələrin açıqlanmasını həyəcanla gözləyirlər. Abituriyent tələbə adını qazanmaq  üçün titrəyir, valideyn  uşağın ali məktəbə daxil olması  üçün illərdir hazırlıqlara tökdüyü pulların  havaya atılmaması üçün. Üstəlik bir qayğı da var, balı çatmayıb ödənişli əsaslarla oxuyası olsa buna gücü yetəcəkmi? Məlum məslədir, əksər ali mətəblərin tələbə yataqxanaları yoxdur, kirayə haqlarını da orta hesabla 250-300 manatdan hesablasaq bu bahalaşma dönəmində orta statistik  bir valideynin evindən kənarda övlad oxutması üçün  evindəkilərin boğazından kəsməsi lazımdır.

Azərbaycanın bəzi universitetlərinin bir illik təhsil haqqı ilə qardaş  Türkiyədə tələbə yaşam xərclərini də qarşılaya bilir, təhsil haqqını da.

Apardığımız kiçik araşdırmalar  göstərdi ki, Türkiyə universitetlərinin əksəriyyətində təhsil haqqı  bizim pulla  100-500 manat  edir.Tələbə yataqxanalrında qalxmaq  xərci də 50-150 manat arasında dəyişir.Bir çox universitetlər tələbələrə yataqxanalrında havayı  yemək də verirlər. Elə bu müqayisəni nəzərə alan  insanların bir çoxu üstünlüyü Türkiyəyə vermişdi ki, pandemiyadan öncə orda təhsil alanların sayı 15 min nəfərdən çox idi.

Məsələn Dağıstanda əyani illik təhsil haqqı 1500-2000 manat, qiyabi illik təhsil haqqı 700-1000  manatolduğu bir halda, niyə Azərbaycanda təhsil haqqı 3000-6000 manat civarındadır.

Bizmi milyonerik ya Azərbaycanda təhsil  daha güclüdür?

Araşdırma üçün deyim ki, ən baha ali məktəb olan ADA Universitetində ən yüksək təhsil haqqı 6500 manatdır. Bəzi tələbələrə ödənişsiz əsaslarla təhsil almaq hüququ verilsə də,  bu tələbələr illik 750 manat ödəniş etməlidirlər. Xarici ölkə vətəndaşları üçün isə bütün fakültələr üzrə qiymətlər 8500 manatdır.

Xəzər Universiteti 3500-5000, Bakı Dövlət Universitetində 2800-4500 , Azərbaycan Tibb Universiteti 4000-7000, Bakı Ali Neft Məktəbi 4500, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası 2000-3000, Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiyası 2500-3000 manatlıq ödənişli  təhsil təqdim edir.Digər ali məktəblərimizdə də ödənişli fakultələrdə 2000- dən başlayaraq ödəniş etməsəniz təhsil ilinə başlamaq  imkansızdır.

Yerli universitetlərdə ən bahalı ixtisaslar hüquqşünaslıq, beynalxalq münasibətlər, iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi və s., tibb sahəsi üzrə müalicə işi və əczaçılıq ixtisaslarıdır.

Bəs bu qədər pulu verib oxumağa dəyəcək qədər yüksək keyfiyyətli dərs verilirmi? İxtisaslar üçün təyin olunmuş təhsil haqları əsaslandırılmalıdır.Bizdə bu əsaslandırma ona əsasəndir ki, hüquqşünas guya gələcəkdə yaxşı pul qazanacaq.Qaz gələn yerdən toyuq əsirgəməzlər.Müəllimlə bərabər tələbə də yenilənməli, oxumalı, öyrənməli inkişaf etməlidir. 2021-ci ildə auditoriyaya 80-ci illərin mühazirələri ilə girmək olmaz.

Azərbaycanın ali təhsil müəssisələrində "təhsil haqqının məbləği ilə verilən təhsilin keyfiyyəti arasında uzlaşma varmı?" sualı  tez- tez müzakirə olunur.

Təhsil Nazirliyindən soruşanda bildirilər ki qiymətlər Azərbaycan reallıqlarını əks etdirir,  təhsil də təhsil haqları da Avropa standartlarına uyğunlaşdırılır. Bəs tələbəyə verilən təqaüd nə üçün o standartlara uymur?

Ümumiyyətlə bizdə bu oturduğumuz ağaca balta çalmaq  vərdişi nə zaman unudulacaq. Bahalığımızla turizmə balta çaldıq, indi də keçmişik təhsilə. Azərbaycanda oxumağa gücü çatmayan nə qədər tələbə bu vəsaiti xaricdəki ali məktəblərə, əsasən də Türkiyə, Gürcüstan, Ukraynada təhsilə yönəldirlər.Gedənlərin bir hissəsi qayıtmır, ölkəyə yararlı olacaq nə qədər ziyalını itirikik. Cibimizin düşməniyik? Özümüzə niyə qənim kəsilmişik?

 İlhamə Rəsulova

Paylaş »
››› Ata Abdullayev kimləri şantaj edib: icra nümayəndəsi, maliyyə direktoru...
››› İlham Əliyevi İranla bağlı açıq danışmağa vadar edən səbəblər
››› Bakını yağış suları aparır: 14 il də dözün, düzələcək...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Şəhid bacısı ürəkləri dağladı: “Minlərlə can qurban”dan ikisi can parçam oldu”
››› Kadırov seçkilərdə dünya rekordu qazanıb
››› “Əks-hücumu dayandırsaydıq, Qarabağın işğalı daha 30 il davam edəcəkdi”
Son xəbərlər
Bütün xəbərlər »