Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyanın KTMT-yə növbəti çağırışı: “Bu dəfə də məyus olacaq”
Paşinyanın KTMT-yə növbəti çağırışı: “Bu dəfə də məyus olacaq”

Elxan Şahinoğlu: “Azərbaycanın sərhədlərini tanımaq - Azərbaycanın ərazi bütövlüyünü tanımaqdır”

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycan-Ermənistan sərhədlərinə monitorinq missiyası göndərmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib.

“Azərbaycan silahlı qüvvələri nəinki Ermənistan ərazisinə qanunsuz soxulublar, həm də davamlı təxribatlar edərək, KTMT sistemini gözdən salmağa çalışır”, - deyə Paşinyan vurğulayıb.

O bildirib ki, Azərbaycan da öz növbəsində Azərbaycanı təxribatlarda ittiham edir. Ermənistan hökumətinin başçısı bu ittihamlara aydınlıq gətirmək üçün, KTMT-ni bölgəyə monitorinq missiyası göndərməyə çağırıb.

N.Paşinyan əlavə edib ki, əgər KTMT-nin monitorin missiyası göndərməsi mümkün deyilsə, Ermənistan mövcud beynəlxalq təşkilatlar səviyyəsində ayrı bir formatı da qəbul edə bilər.

“Bizim üçün ATƏT-in Minsk qrupu da qəbulediləndir”, - deyə Paşinyan əlavə edib.

Ermənistan hökumət başçısının sözlərini şərh edən politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, nə KTMT, nə də bu təşkilatın aparıcı qüvvəsi olan Rusiya Azərbaycanla Ermənistan arasındakı sərhəd münaqişəsinə müdaxilə etmək niyyətində deyil.

“KTMT 44 günlük müharibədə də müdaxilə etmədi, halbuki, Ermənistan təkidlə KTMT-ni də proseslərə cəlb etməyə inadla çalışırdı. KTMT-nin indi də Ermənistanın çağırışlarına reaksiya verəcəyini hesab etmirəm, çünki rəsmi İrəvanın arqumentləri absurddur. Bölgədə sülh və sabitliyin bərpası üçün, sərhədlərin delimitasiyası və demarkasiyası çox vacib məsələdir. Bu, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda da öz əksini tapıb. Lakin Ermənistan bu məsələni bilərəkdən gecikidir”, - deyə E.Şahinoğlu qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan Ermənistanın suveren ərazilərinə soxulmayıb, sadəcə illər boyu qanunsuz şəkildə istismar edilən, zəbt olunan torpaqları geri qaytarmaqla məşğuldur.

“Azərbaycan silahlı qüvvələri öz ərazilərimizdə nəzarəti ələ keçirdikcə, Ermənistan tərəfi beynəlxalq təşkilatları ayağa qaldırmağa çalışır, guya biz onların ərazilərini işğal edirik. Nikol Paşinyan bunu yaxşı anlayır, amma delimitasiya məsələsini qəsdən yubadır. Çünki Azərbaycanın sərhədlərini tanımaq - Azərbaycanın ərazi bütövlüyünü tanımaqdır. Belə olduğu halda, Qarabağ məsələsi də birdəfəlik de-yure bitmiş olur. Ermənistan isə bunu istəmir. Belə olduğu halda, Ermənistanın sülhə maraqlı olduğu da şübhə doğurur”, - deyə Elxan Şahinoğlu əlavə edib.

Ekspertin fikrincə, delimitasiya və “Zəngəzur dəhlizi” ardıcıl yox, paralel aparılmalıdır. Ermənistan bu öhdəliyi paralel şəkildə yerinə yetirməlidir: “Hələlik bu məsələdə ikibaşlı oyun gedir. Görünən odur ki, Rusiya da Ermənistana yetərincə təsir etmir”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »