Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistan hansı düşüncədə ola ki, 300 milyonluq bloka qarşı çıxa"
"Ermənistan hansı düşüncədə ola ki, 300 milyonluq bloka qarşı çıxa"

2 gün öncə Azərbaycan, Türkiyə və Pakistan arasında Bakı bəyannaməsi imzalandı, bəyannaməyə əsasən, tərəflər "xaricdən dəstəklənən terror hücumları, kiber hücumlar, dezinformasiya kampaniyalarına qarşı, eləcə də bir neçə digər sahələr üzrə əməkdaşlığı genişləndirməyə" razılaşıblar.

Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun Azərbaycan və Türkiyənin birgə ordusu yaradıla bilər ifadəsi cəmiyyət tərəfindən məmnunluqla qarşılandı. Türkiyə-Azərbaycan qardaşlığına Pakistanın da rəsmi şəkildə daxil edilməsi azərbaycanlıların ürəyində olan Pakistan sevgisini sənədlərlə təsbit etmiş oldu. 44 günlük müharibə zamanı biz hərkəsin əlində, evində,eyvanlarda, küçələrdəöz bayrağımızla yanaşı Türkiyə və Pakistan bayraqlarının dalğalandığını gördük, böyük dəstəyi hiss etdik.

Bu ittifaqın yaranması hibrid müharibələr və Qərbin inkişaf edən islam ölkələrində ortaya çıxardığı təhdidlərə qarşı gərəkli idi, qarşılqılı maraqlarımız, regional və qlobal mövzularda həmfikirliyimiz bu sazişin imzalanmasını labüd etdi.

Hərbi ekspert Ədalət Verdiyev hesab edir ki, Pakistanın da Türkiyə- Azərbaycan ittifaqına əlavə olunması yeni genişmiqyaslı hərbi əməkdaşlığın nümunəsinə çevriləcək.

Ədalət Verdiyev Ədalət Verdiyev

“Cənab Mustafa Şəntop bildirdi ki, Türkiə və Azərbaycanın vahid ordusu yaradıla bilər. Pakistan da vətən müharibəsi günlərində bütün gücü ilə bizi dəstəklədiyini bildirdi. Bu çöx önəmli məsələdir. 85 milyonluq Türkiyə, cənublu, şimallı 35 milyonluq Azərbaycan türkləri, 200 milyon Pakistan böyük bir blok yaradır. Ermənistan gərək nə qədər qeyri-adekvat düşüncədə ola ki, belə bir gücə qarşı 2 milyonluq əhalisi ilə qarşı gəlmək istəyində ola”,- deyə hərbi ekspert bizimyol.info-ya bildirib.

“Hazırda sərhəddə baş verənlər Ermənistanın son çırpıntıları deməkdir. Burda təbii ki, Ermənistanı dəstəkləyən qüvvələr var. Öz maraqları naminə Rusiya, Fransa, ABŞ bu ölkədən alət kimi istifadə edirlər. Lakin 2-ci Dünya Müharibəsindən sonra Fransa və Rusiya hərbçilərinin hansısa maraq naminə bir araya gəldiyi görülməyib. Hesab edirəm ki, Rusiya ilə Fransanın Ermənistanı dəstəkləmək anlamında birləşməsi imkansızdır. 2044-cü ildə qədər Rusiya Ermənistan sərhədlərini qoruyacaq. Bu onlar arasındakı bir sazişdir. Lakin nə Rusiya ordusu, nə Fransa gəlib onların yerinə vuruşan deyillər. Azərbaycan hücum diplomatiyası yolundadır və bu ən doğru bir taktikadır.

Ermənistan öz inadıyla 44 günlük müharibə, posmüharibə dövründə hər gün orta hesabla 150 kvadrat kilometr ərazi itirib. Ermənistan Qarabağa aparan bütün dəhlizləri itirib, 27 minlik yaralı, ölü və fərari ilə ordusunu itirib. Şəxsi heyətini kənara qoysaq, zirehli texnikanın 100 faizinə qədərini itirib. Silahlanma kvotasına görə Azərbaycanla Ermənistanın eyni dərəcədə silahlanmasına icazə var idi. Baxmayaraq ki, əhali sayına görə biz onlardan qat-qat üstünük. Bununla belə, gizli yollarla silahlanmışdılar. 250 tank əvəzinə 440 tank çıxdı arsenaldan. Avropa silahlara nəzarət komissiyası niyə susdu? Hər il gəlib baxıb yoxlayırdılar. Texnologiyaların bu qədər yüksək inkişaf etdiyi bir zamanda tank iynə deyildi ki, gizlədiləydi. Bu tanklar harda idilər, əıməkdaşlarının yarısı kəşfiyyat işçiləri olan ABŞ səıfirliyi niyə görmədi bunu? İndi cəbhədə atəşkəs pozulub, ABŞ səfiri az qalır özü əlinə silah alıb gəlsin sərhəddə vuruşsun bizimlə? Peyklər var, kəşfiyyat məlumatları var. Bu gün qar əriyəndən sonra Azərbaycanın gedib öz mövqelərində yerləşməsi niyə həyəcan doğurur? Prezidentə sual verən bütün xarici jurnalistlər F-16 barədə sual verirdilər, halbuki bu təyyarələr hərəkətsiz idilər, təlimlərdən sonra burda saxlanmışdılar. Bizim Su-25 döyüş təyyarələrimiz nöqtə zərbələri endiririlər və bunu çəkib göstərirdilər. Biz olduqca şəffaf müharibə apardıq”,- deyə ekspert qeyd edib.

Bakı bəyannaməsi bizim iradəmizdən kənar, hər hansı bir uydurma prinsipin, statusun işləməyəcəyini bəri başdan elan etmək deməkdir.

Pakistan-Türkiyə-Azərbaycan strateji əməkdaşlığı hər üç xalqın maraqları, vətəndaşları tərəfindən dəstəklənən platformadır. Xüsusi təyinatlılarımızn hazırlığı, hərbi hava qüvvələri , raket texnologiyaları sahəsində dünyanın aparıcı dövlətlərindən olan Pakistan və Türkiyə ilə əməkdaşlıq Azərbaycan ordusunun gücünə güc qatacaq, bir nüvə dövləti ilə qardaşlıq qurmaq gələcəyə hesablanmış addımdır.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun dediyi kimi, Vətən müharibəsində Türkiyə və Pakistanın Azərbaycanın yanında yer alması bir başlanğıc deyil, nəticə idi. Madam ki, demokratik qüvvələr haqqın deyil, öz maraqlarının yanında yer alırlar, ədalətin gözü kor olub, madam ki, BMT qarşısına qoyduğu missiyanı yerinə yetirə bilmir, dünyanın siyasi xəritəsi yenidən fərqli rənglərə boyanır, qüvvələr balansı dəyişir, biz güclünün yanında dayanmağı deyil, güclü olmağı seçirik. 21-ci əsrdə ortaya çıxacaq yeni paradiqmalara hazır olmaq üçün.

İlhamə Rəsulova

Paylaş »
››› Daha bir türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Səfəvi səfillər
››› Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »