Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prokuror erməni silahlı qrupun üzvlərinə cəza istəyib
Prokuror erməni silahlı qrupun üzvlərinə cəza istəyib

Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin bir qrupunun - Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Gevorg Samueloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşak Aşotoviç, Akopyan Volodiya Qaqiqoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqateryan Qriqor Seyranoviç və Giraqusyan Eduard Armenoviçin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə sənədlərin tədqiq edilib.

Prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxış edərək təqsirləndirilən şəxslər barəsində olan Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) maddələrinin ittihamdan xaric edilməsini istəyib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxslərin 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cəzalandırılmaları istəyib.

Prokuror həmin maddələrlə təqsirləndirilən şəxslərin 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Dövlət ittihamçısı çıxışında ittiham olunan şəxslərin cəzaları başa çatandan sonra Azərbaycan hüdudlarından çıxarılmasını tələb edib.

Proses davam edir. Hazırda vəkillər müdafiə çıxışı edir.(apa)

Son xəbərlər
Bütün xəbərlər »