Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çoxmərtəbəli yaşayış binasında yanğın olub
Çoxmərtəbəli yaşayış binasında yanğın olub

Paytaxtda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, İbrahim Paşa Dadaşov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Xidmət əməkdaşları yanğının baş verdiyi onmərtəbəli yaşayış binasından sakinləri təxliyə ediblər.

Yanğın DYMX-nin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər
Bütün xəbərlər »