Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyəli nazir: "Türkiyənin 28 yerində yanğınla mübarizə aparılır"
Türkiyəli nazir: "Türkiyənin 28 yerində yanğınla mübarizə aparılır"

Türkiyədə Antalyanın Manavqat rayonunda baş verən yanğında tüstüdən zəhərlənərək xəstəxanaya aparılan 50-dən çox insan evə buraxılıb, 3 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.

APA-nın xəbərinə görə, Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli bildirib ki, 8 saat davam edən yanğın hazırda nəzarət altına alınmaqdadır.

Nazir bildirib ki, ağır yaralanan şəxs yanğınsöndürmə xidmətində çalışa sürücüdür, o, su tankerinin olduğu avtomobilin qəzaya uğrayaraq çevrilməsi nəticəsində yaralanıb. B.Pakdemirli qeyd edib ki, bu gün Türkiyədə ümumlikdə 28 yerdə yanğınla mübarizə aparılır, Adana, Kadirli, Karaisalı və Mersində də yanğınlar hələ davam edir.

Antalya Böyük Şəhər Bələdiyyə sədri Mühittin Böcek indiyədək Türkiyədə bu miqyasda yanğın görmədiyini deyib və bu hadisənin qərəzlə törədildiyi ehtimalının olduğunu bildirib.

Qeyd edək ki, Türkiyənin məşhur turistik ərazisi olan Manavqatda yanğın şəhərin mərkəzinə qədər yayılıb, rayonun bəzi kəndləri və kənd təsərrüfatı sahələri tamamilə yanaraq yararsız hala düşüb.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və mədəniyyət, turizm naziri Mehmet Nuri Ersoy da hazırda Antalyadadır.

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İlham Əliyev Anım Günü ilə bağlı paylaşım edib
››› “Bir möcüzə baş verə, ev qapımız döyülə...” – Şəhid övladlarının ata həsrəti
››› Sabah hər kəs eyvanından bayraq assın...
››› Dünya böhrandan geri dönür: Yeni qaydalarla yola davam...
Son xəbərlər
Bütün xəbərlər »