Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pfizer: "Yenidən vaksinasiya “Delta” stammına qarşı müdafiəni artıra bilər"
Pfizer: "Yenidən vaksinasiya “Delta” stammına qarşı müdafiəni artıra bilər"

Koronavirus peyvəndinin üçüncü dozası “Delta” ştammından qorunmanı artıra bilər.

“Report” xəbər verir ki, bu barədə “Pfizer” şirkətinin hesabatında deyilir.

“Üçüncü doza vurulduqdan sonra “Delta” variantının təsirsiz hala gətirilməsində təxmin edilən potensial 100 dəfə artır”, - sənəddə göstərilib.

Bundan əlavə, şirkətin hesabatında qeyd olunub ki, 18-55 yaş arası insanlarda təkrar peyvəndləmədən sonra antikor sayı beş dəfədən çox, 65-85 yaş arası insanlarda isə 11 dəfə artır.

Daha əvvəl Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru, biologiya elmləri doktoru Ança Baranova koronavirusun “Delta” ştammına əsaslanan yeni mutasiyaların mümkünlüyü barədə məlumatların gələn ilin əvvəllərində əldə ediləcəyini açıqlamışdı.

Son xəbərlər
Bütün xəbərlər »