Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ və Rusiya nümayəndə heyətləri arasında görüş 7 saat davam edib
ABŞ və Rusiya nümayəndə heyətləri arasında görüş 7 saat davam edib

Rusiya və ABŞ arasında strateji stabilliklə bağlı dialoqun növbəti mərhələsi Cenevrədə baş tutub.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Dövlət katibinin müavini Vendi Şermanın rəhbərlik etdiyi ABŞ nümayəndə heyətinin tərkibində Milli Təhlükəsizlik Şurası, Dövlət Departamenti, Müdafiə Nazirliyi, Birgə Qərargah və Enerji Departamentindən təmsilçilər olub. Rusiya nümayəndə heyətinə isə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov başçılıq edib.

Ned Praysın sözlərinə görə, görüş professional və substantiv şəkildə keçirilib.

"ABŞ nümayəndə heyəti ABŞ-ın siyasi prioritetlərini, mövcud təhlükəsizlik mühitini, strateji sabitliyə təhdidləri, nüvə silahlarına nəzarət perspektivlərini və gələcək Strateji Stabilik Dialoqu sessiyalarının formatını müzakirə edib", -deyə ABŞ Dövlət Departamentinin sözçüsü bildirib.

O qeyd edib ki, tərəflər növbəti görüşün sentyabrın sonunda keçirilməsi barədə razılığa gəliblər.

“RİA Novosti” isə nümayəndə heyətinin tərkibində olan mənbəyə istinadən bu görüşün 7 saat davam etdiyini bildirib.

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Prezident sabah xalqa müraciət edəcək
››› Sentyabrın 27-nə olan hava proqnozu
››› Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyulub
Son xəbərlər
Bütün xəbərlər »