Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Paşinyan öz xalqını yeni “sürprizlərə” hazırlayır”
“Paşinyan öz xalqını yeni “sürprizlərə” hazırlayır”

Ramil Məmmədli: “Ermənistanda bəziləri ümid edirlər ki, Kəlbəcərdə bəzi yüksəklikləri ələ keçirə bilərlər”

İyulun 28-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu istiqamətində başladığı təxribatın qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimiz tərəfindən qarşı tərəfin atəş nöqtələrinin neytrallaşdırılması istiqamətində zəruri addımlar atılıb.

"Ermənistan ərazisində guya mülki obyektlərə zərərin yetirilməsi barədə xəbərlər yalandır və sırf dezinformasiya məqsədi daşıyır. Ermənistan hərbi-siyasi rəhbərliyi ənənələrinə sadiq olaraq Ermənistan ictimaiyyətini və beynəlxalq aləmi çaşdırmaq üçün yalan məlumatlar yaymaqda davam edir.

Ermənistanın hərbi-siyasi rəhbərliyini iki ölkənin dövlət sərhədində hərbi avantüra məqsədi daşıyan təxribatlar və vəziyyəti qəsdən gərginləşdirmək əməllərindən çəkinməyə və sivil qaydada dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamağa çağırırıq”, - deyə bəyanatda bildirilir.

Ermənistan Müdafiə Nazirliyinin "yoxlanılmış məlumatına görə", Ermənistan və Azərbaycana silahlı qüvvələri bölmələri arasında çərşənbə günü atəşkəsin pozulması nəticəsində 4 Ermənistan hərbçisi yaralanıb.

Daha əvvəl verilən məlumata əsasən, tərəflər arasında atışma nəticəsində bir zabit və iki sıravi əsgər həlak olub, Ermənistan MN bildirib. Azərbaycan da iki hərbçisinin yaralandığını açıqlayıb. Rusiya tərəfinin müdaxiləsi ilə atəşkəs elan olunsa da, hələ də, ara-sıra atışmaların olduğu bildirilir.

Bu məsələ ilə bağlı Bizimyol.info-ya danışan ekspert, hərbi-siyasi icmalçı Ramil Məmmədli bildirib ki, Ermənistanın vaxtaşırı Azərbaycanla sərhəd ərazilərində təxribatlar törətməsi “Zəngəzur dəhlizi” məsələsini yubatmaq, diqqəti yayındırmaq və Azərbaycana təzyiq etmək məqsədi daşıyır.

Ramil Məmmədli Ramil Məmmədli

“Bundan başqa, düşünürəm ki, Ermənistan hakim dairələrində hələ də bəzi qüvvələr var ki, əks-hücum edərək, Kəlbəcərdə bəzi strateji yüksəklikləri, hətta mümkün olsa bütün rayonu işğal etməyə ümid edirlər. Kəlbəcər çox mühüm strateji mövqedə yerləşir və burda olan yüksəkliklərdən bütün bölgəni nəzarət etmək mümkündür. Qarabağda olan separatçılar hazırda susur, lakin Ermənistan tərəfi canfəşanlıq göstərir. Düşünürəm ki, Qərbə bağlı bəzi dairələrin də burda rolu var və onlar gərginliyi artırmağa, məsələni “isti” sağlamağa çalışırlar”, - deyə ekspert vurğulayıb.

O əlavə edib ki, Ermənistanda əksər siyasi dairələr “Zəngəzur dəhlizi”nin açılmasının Ermənistanın milli təhlükəsizliyinə zərbə olacağını düşünürlər. “Çox güman ki, bu prosesi ləngitmək üçün belə addımlar atırlar. Lakin onlar da yaxşı başa düşür ki, Azərbaycanla müharibə etməyə gücləri çatmayacaq. Sadəcə, vəziyyəti yenidən gərginləşdirib, Qərbin bəzi oyunçularını da regiona çəkmək, Azərbaycanı təcavüzkar kimi dünyaya tanıtmaq məqsədi güdürlər”, - deyə R.Məmmədli qeyd edib.

Onun sözlərinə görə, bəzi ekspertlər bu təxribatların birbaşa Paşinyanın məlumatı əsasında törədildiyini bildirirlər. “Onların fikrinə görə, Paşinyan öz xalqını yeni “sürprizlərə” hazırlamaq istəyir. Növbəti mərhələdə “Zəngəzur dəhlizi” gündəmə gələcək və Paşinyan da “mən bacardığımı etdim” deyib geri çəkiləcək. Mən də düşünürəm ki, Paşinyan hazırda güzəştlərə getsə, cəmiyyətdə ona qarşı böyük təzyiqlər olacaq”, - deyə R.Məmmədli əlavə edib.

Rüfət Əhmədzadə

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Prezident sabah xalqa müraciət edəcək
››› Sentyabrın 27-nə olan hava proqnozu
››› Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyulub
Son xəbərlər
Bütün xəbərlər »