Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prokuror azərbaycanlı əsirlərə işgəncə verən ermənilərə 20 il cəza istəyib
Prokuror azərbaycanlı əsirlərə işgəncə verən ermənilərə 20 il cəza istəyib

Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə verməkdə və digər cinayətlər törətməkdə təqsirləndirilən erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən şəxslər - Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin hər ikisinin 20 ilazadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirlilən şəxslərin cəzasının 10 ilini həbsxanada, 10 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi istənilib.

Prokurorun çıxışından sonra zərərçəkən şəxslər ifadə verərək təqsirləndirilənlərin ömürlük azadlıqdan məhrum edilmələrini istəyiblər.

Proses avqustun 2-də davam etdiriləcək.(apa)

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› İstanbul səmasında qəribə görüntü: Tesla, yoxsa Voldemort - Video
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »