Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycandakı miqrantlara kömək etməyə çalışırıq”
“Azərbaycandakı miqrantlara kömək etməyə çalışırıq”

“Pandemiya dövründə Azərbaycandakı əcnəbilərə kömək üçün əlimizdən gələni edirik”

Son 6 ayda ölkəyə 12813 əcnəbi şəxs daxil olub, ümumilikdə isə onların sayı 127 min nəfər təşkil edir.

Bizimyol.info xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qurumun 6 aylıq fəaliyyəti ilə bağlı keçirilən onlayn mətbuat konfransında bildirib.

Vüsal Hüseynov Vüsal Hüseynov

Onun sözlərinə görə, ən çox əcnəbi gələn ölkələr sırasında ilk üçlükdə Rusiya, Gürcüstan və Türkiyə yer alır. Hazırda ölkədə yaşayan 127 min əcnəbi var. Bu şəxslər Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, Qazaxıstan və digər ölkələrdəndir. Ölkədə daimi yaşamaq üçün edilən müraciətlərin sayında 33,3 % faiz artım olub.Qanunsuz miqrantların saxlama mərkəzlərində 49 nəfər olub, bu göstəricidə də keçən ilinilk 6 ayı ilə müqayisədə 5,8 faiz azalma müşahidə olunur.

O qeyd edib ki, pandemiya başlayandan indiyə qədər qanunsuz miqrantların saxlanma mərkəzində olan əcnəbilər arasında koronavirusa yoluxma qeydə alınmayıb.

Xidmət sədrinin sözlərinə görə, bunun da səbəbi odur ki, saxlama mərkəzləri tez-tez dezinfeksiya olunur, sanitar-epidemioloji qaydalara əməl edilir.

“Eyni zamanda, həmin şəxslər müvəqqəti saxlama mərkəzlərinə yerləşdiriləndə müəyyən müddət özünütəcrid qaydasında qalırlar”, - deyə V.Hüseynov vurğulayıb.

V.Hüseynov əlavə edib ki, bu il əcnəbilərin iş icazəsi üçün ayrılan təsdiq edilmiş kvota 6740-dır: “Hazırda 3368 kvota işçi qüvvəsi üçün yer imkanları mövcuddur. Yəni şirkətlər iyuldan dekabra qədər bu qədər əcnəbi qüvvəsini ölkəyə gətirə bilər.

O, həmçinin əlavə edib ki, pandemiya ilə əlaqədar karantin rejimi başlayandan sonra, Miqrasiya Xidməti onlayn qaydada ölkədə olan miqrantların ölkədə qalma müddətini uzatmaq üçün proseduru yüngülləşdirib.

“Hər bir kəs onlayn qaydada 60 AZN ödəniş etməklə, Azərbaycanda qalma icazəsini daha 60 gün uzada bilər. Biz çalışdıq ki, pandemiyya vəziyyətilə yaranan çətinliklərin ölkəmizdəki əcnəbilərin həyatına təsirini minimuma endirək”, - deyə V.Hüseynov söyləyib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »