Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabiq nazirin ölkədən çıxışına qadağa qoyulubmu... - Açıqlama
Sabiq nazirin ölkədən çıxışına qadağa qoyulubmu... - Açıqlama

Manşet.az saytı Keçmiş Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin Heydər Əliyev adına Beynəlxalq Hava Limanından xaricə getmək istəyərkən geri qaytarıldığını iddia edib.

Portalın yazdığına görə, Əbülfəs Qarayev səhhətində yaranan problemə görə Türkiyəyə getmək istəyərkən hava limanının əməkdaşları tərəfindən saxlanılıb və geri qaytarılıb. Keçmiş nazir xaricə səfərinin təxirə düşməməsi üçün hava limanında bir çox yerlərə zənglər etsə də, nəticəsi olmayıb.

Əbülfəs Qarayev Əbülfəs Qarayev

Qeyd edək ki, hələ bu ilin fevral ayında da Əbülfəs Qarayevin ölkədən çıxışına qadağa qoyulması, buna səbəb nazirlikdə irimiqyaslı korrupsiya və digər qanunazidd əməllər aşkarlandığı üçün onun istintaq altında olması barədə xəbərlər yayılmışdı. Müavini həbs edilən sabiq nazirin ötən müddət ərzində bir neçə dəfə istintaqın suallarını cavablandırdığı məlumdur.

Məsələ ilə bağlı bizimyol.info-nun sualını cavablandıran sabiq nazir bu barədə danışmaq istəmədiyini, ölkədən çıxışına qadağa qoyulmadığını qeyd etdi.

Maraqlıdır ki, Əbülfəs Qarayevin ölkədən çıxışına qadağa qoyulması barədə xəbərlər hansısa səbəblə tez-tez yayılır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »