Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Restoranın sahibi barəsində cinayət işi başladılıb
Restoranın sahibi barəsində cinayət işi başladılıb

Astarada karantin qaydalarını pozduğu üçün cərimələnən restoranın sahibi barəsində bu dəfə cinayət işi başlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində yerləşən “Maricel” restoranında təşkil olunan toy mərasimi zamanı növbəti dəfə karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Belə ki, aparılan yoxlamalar zamanı sözügedən obyektdə bundan əvvəl də təşkil olunan toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, müəyyənləşdirilmiş say həddindən artıq qonağın iştirak etməsi halı aşkarlanıb. Həmin restoranın sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat məbləğində cərimə olunub.

Növbəti dəfə qayda və tələblərin pozulduğuna görə “Maricel” restoranının sahibi barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət işi başlanılıb.

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rusiya Dövlət Dumasına seçkilərlə bağlı ilkin məlumat
››› Respublika Klinik Uroloji Xəstəxanasına yeni direktor təyin olunub
››› İrəvanda keçirilən etiraz aksiyasında 20-dən çox insan saxlanılıb
Son xəbərlər
Bütün xəbərlər »