Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
“Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”

Xəbər verdiyimiz kimi, Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsü tərəfimizdən qəbul edilib.

Azərbaycan Müdafiə Nazirliyindən bizimyol.info-ya verilən məlumata görə, Ermənistan tərəfi əlavə olaraq tank və 120 millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir.

Hərbi ekspert Ruslan İmamquliyev ARB 24-ün efirində məsələ ilə bağlı şok effektli açıqlama verib. O bildirib ki,əgər Ermənistan tərəfi dayanmazsa, Azərbaycan ordusu terrorçuların qarşısını almaq üçün ona kömək edəcək və sərhədin Ermənistan tərəfində də əməliyyatlar aparacaq.

“Ermənistanın bu addımları 30 ildə adət halına gəlib. Bu gün bizim bir təmas xttimiz yoxdur. Bu dövlət sərhəddidir. Düşünün ki, eyni addımı biz Rusiyaya və İrana qarşı etmiş olsaydıq, bu müharibnəyə səbəb olardı, ən yaxşı halda təzminat ödəməli olardıq. Bu gün Ermənistanın etdikləri 2 həbçimizin şəhadəti, 2 hərbi qulluqçumuzun yaralanması ciddi hadisədir. Siyasilər sülhə hazır olduğunu deyir, lakin ordu təxribat törədir. Demək rəhbərlik ordunu nəzarətdə saxlaya bilmir.Terrorçu qruplaşmaları var. Ermənistan dövlət deyil, funksiya göstərə bilmir. Buna görə biz Ermənistana kömək edib, onun ərazisdində antiterror əməliyyatı aparmalıyıq.Bu gün bizim Ermənistana kömək etməyimiz lazımdır. Onlar cavabdehlik daşıya bilmirlər, terrorçuları idarə edə bilmirlər.Demək nə dövlət var nə dövlətçilik. Necə ki, biz öz ərazimizi terrorçulardan təmizlədik, indi Ermənistan ərazisini terrorçulardan təmizləmək zamanı gəlib.Tarixi torpaqlarımzda onlara yer vermişik, yurd vermişik, indi də kömək etməliyik ki, dövlətçiliklərini qoruya bilsinlər.Biz çalışacağıq ki, onun ərazisini terrorçulardan təmizləyək və Ermənistan dövlətçiliyinə töhvə verək.Ermənistan diliylə deyə bilməsə də bu köməyi bizdən istəyir. Biz tez bir zamanda tarixi torpaqlarımızda antiterror əməliyyatlarına başlayacağıq.Bunun nümunələri var. Qardaş Türkiyə necə Suriyada, İraqda PKK-ya qarşı əməliyyatlar apardı, daxili ərazilərdə təmizilədikdən sonra sərhədlərin o tayında da əməliyyatlara başladı, biz də bunu edəcəyik.Sərhəd ötəsi əməliyyatlar qanunidir. O halda icra edilir ki, səninlə həmsərhəd ölkə sənin sərhədlərinə edilmiş təcavüzün qarşısını ala bilmirsə, sərhəd pozuntuları onun iradəsi xaricindədirsə sən öz sərhəd təhlükəsizliyini qorumaq üçün qarşı tərəfin ərazisində əməliyyatlara başalyırsan. Beynəlxalq normativlərə əsasən, biz sərhəd ötəsində əməliyyatlara qanuni haqq daşıyırıq. Hərbi xidmətə övlad göndərən hər bir vətəndaş onu sağlam şəkildə geri istəyir və Müdafiə Nazirliyinin də vətəndaş qarşısında öhdəliyi var.Müdafiə Nazirliyi gərəkli tədbirləri görmək məcburiyyətindədir ,buna gücümüz var. Buna dünya dövlətləri də qarşı dura bilməz. Siyasilərimiz, hüqquşünaslarımız hər biri öz sahəsi üzərində işləyir, ordu da öz işini görəcək.Azərbaycan tərəfi Rusiyanın təşəbbüsünə qoşularaq səbr nümayiş etdirdi. Rusiya bu durumda nə etməlidir? Ermənistan sərhədini Rusiya qoruyursa bu baş verməməlidir. Qarşısını ala bilmirsə, biz mütləq addım atmalıyıq və təkbaşına deyilik. Şuşa Bəyannaməsinə əsasən Türkiyə yanımızdadır. Və üstəlik Pakistan da bizimlədir. Bu gün işğaldan azad edilən ərazilərdə mülki şəxslər və şirkətlər abadlıq işlərinə başlayıblar. Onlar zərər görərsə qarşılığı məlumdur. Ermənistan cavabdehlik daşımırsa terrorçuları məhv etmək üçün biz onlara yardım etməliyik”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »