Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avtomobillərdən oğurluq edən narkotik alverçiləri saxlanılıb - Video
Avtomobillərdən oğurluq edən narkotik alverçiləri saxlanılıb - Video

Binəqədi rayonunda narkotik vasitələr satan və avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar.

Bizimyol.info xəbər verir ki, DİN-nin mətbuat xidçətindən verilən məlumata görə, paytaxtın Binəqədi rayonunda avtomobillərin maqnitafonlarını və nəqliyyat vasitələrinin salonlarında olan digər qiymətli əşyaları oğurlayan şəxs saxlanılıb. Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Orxan Soltanov tutulub. Araşdırma zamanı onun bu ilin əvvəlindən saxlanılan günə qədər Binəqədi rayonu ərazisində 13 avtomobildən oğurluq etdiyi məlum olub. Orxan Soltanovun törətdiyi oğurluqların bəziləri ərazidə olan müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digr bir əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan Samir Ağabalayev də saxlanılıb. Onun üzərinə baxış zamanı külli miqdarda heroin, metamfetamin, metadon həbləri və 1 ədəd elektron tərəzi aşkar edilib. Bu şəxs ifadəsində Binəqədi rayonunda narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Saxlanılan hər iki şəxs barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Orxan Soltanov və Samir Ağabalayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
››› Rusiya Dövlət Dumasına seçkilərlə bağlı ilkin məlumat
››› Respublika Klinik Uroloji Xəstəxanasına yeni direktor təyin olunub
Son xəbərlər
Bütün xəbərlər »