Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ən çox mina tapan... minaya düşdü - Fotolar
Ən çox mina tapan... minaya düşdü - Fotolar

Ölkənin ən yaxşı minaxtaranlarından biri dünən minaya düşüb. Bu, Füzuli rayon sakini  Nəsirov Bəhruz Tapıdıq oğludur.

1979-cu il avqustun 26-da Füzuli rayonu Horadiz qəsəbəsində (indiki Horadiz şəhərində) anadan olub. 20 ildir ki, əvvəlki adı ANAMA olan indiki Minatəmizləmə Agentliyində işləyir. Ölkə üzrə ən çox mina aşkarlayan şəxsdir.

Nəsirov Bəhruz Tapıdıq oğlu, minaaxtaran Nəsirov Bəhruz Tapıdıq oğlu, minaaxtaran

Hazırda işğaldan azad olunan ərazilərimizin minadan təmizləmə işlərində öz fəallığı ilə seçilir.

Bəhruz Nəsirovun yaralanması hadisəsi dünən o, Cəbrayıl rayonunun Mehdili kəndində xidməti iş aparar baş verib.

Bu barədə Bəhruz Nəsirov özü bizimyol.info saytına danışıb. Bildirib ki, o, beton dirəyi qaldıranda ermənilərin orda qoyduqları, hiyləgərcəsinə qurduqları (sürpiriz) tələ mina partlamyıb və nəticədə Bəhruz Nəsirov sağ ayağından, üz nahiyyəsindən qəlpə yaraları alıb.

Nəsirov Bəhruz Tapıdıq oğlu, minaaxtaran Nəsirov Bəhruz Tapıdıq oğlu, minaaxtaran

Yaralı hazırda Füzuli rayonunun Mərkəzi xəstəxanasında müəlicə almaqdadır. Həkimlər deyir ki, vəziyyəti stabildir. Bəhruz Nəsirov kəllə-beyin travması alıb. Yaxın saatlarda ələvə MRT aparatına salınacaqdır.

Xatırladaq ki, Bəhruz 20 illik fəaliyyəti zamanı 3 minə yaxın mina aşkar edib. Ailəlidir 3 övladı var.

Tural Nəbiyev, Füzulidən xüsusi olaraq bizimyol.info üçün

Son xəbərlər
Bütün xəbərlər »