Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
David Babayan: Azərbaycan və Türkiyə dürüst düşmənlərdir
David Babayan: Azərbaycan və Türkiyə dürüst düşmənlərdir

“Komsomolskaya Pravda” qəzetinin xüsusi müxbiri Darya Aslamova 44 günlük müharibdən sonra Qarabağda erməni icmasının arasında olub. Ermənipərəstliyi ilə seçilən bu xanım müxbirin reportajının Qarabağda yaşayan ermənilərin ruh hallarını təsəvvür etmək baxımından maraqlı olduğu üçün, “Nuhun batan gəmisi” adlı məqaləsini qısa şəkildə təqdim edirik.

Daryanın ilk həmsöhbəti ermənistanlı sürücü Dimadır.”Sarsaq ideologiya qalib gəldi, hər şeydə Qarabağ günahkardır. Bizim pullarımız Qarabağa axır, uşaqlarımız orda həlak olur. Qarabağdan canımız qurtarsa, yaralarımız sağalacaq. Bu gün-sabah azərbaycanlılar əllərində xəritə ilə yox, GPS–lə gələcəklər. O zaman burdakı axmaqlar hamısı anlayacaqlar ki, nə bu çaylar, nə bu otlaqlar bizim deyil. Bir addım veridinsə, yüz hektarları da verməli olacaqsan”.

Xankəndində bir bara daxil olan Darya Arlamovanın müşahidələri:

“İnsanlar əylənirlər. Ermənistandan sülhməramlıların müşaiyəti ilə bura əylənməyə gələnlər var. Xankəndi sakinləri olan ermənilər İrəvandan qonaq gələn ermənilərin şəhərdə əylənməsini qıcıqla qarşılayırlar. “Onlar bizi satdılar. Əvvəl Xankəndi bizim idi, indi isə bunu ürəklə deyə bilmirik”.

Hərbi jurnalist Aşot Safaryan danışır: “Məğlub baş naziri yenidən seçənlər gələcəkdə Gürcüstan kimi Avropa yolu getmək istəyənlərdir. Onlar genosidi, qonşularımızla problemi unutmaq istəyirlər. Ermənilər övladlarını orduya göndərməkdən yoruldular, bilirdilər ki, bu orduya yox, müharibəyə göndəməkdir. On illərlə blokadada yaşamaqdan yoruldular. Paşinyanın hakimiyyətdə olması hamının, hətta rusların da işinə yarayır. Bir çox qarabağlı ermənilər isə əla şəkildə Krasnodarda, Rostovda yerləşib, hətta lovğalanırlar. Qarabağda qalsaydıq, peyində eşələnərdik, burda isə rahatıq. Mən daha Qarabağın gələcəyinə yox, sadəcə, Rusiyanın mövqeyinə inanıram. Nə qədər ki, Rusiya Qarabağdadır, biz ora iddia edə biləcəyik”.

Qarabağın "xarici işlər naziri" David Babayandan soruşuram.

- Olmayan bir ölkənin naziri olmaq necə duyğudur?

- Obrazlı desək, biz indi ağır yaralansaq da, ölməmişik. Əlimizi, ayağımızı qoparıblar. Gözümüz kor olub, amma nəfəs alırıq, dərk edirik. Demək ki, nə zamansa ayağa qalxacağıq. Mənim xoşuma gəlmir ki, bizim ruslarla aramızı vurmağa çalışırlar. Heç bir xalq, başqa xalqı qorumaq məcburiyyətində deyil. Bu, bizim ən qorxunc milli xüsusiyyətimizdir. Mütləq kimlərisə günahlandırırıq. Mən Azərbaycanı da ittiham etmirəm. Bilirsiz niyə? Çünki Azərbaycan və Türkiyə ən dürüst düşmənlərdir. Onlar hər zaman fikirlərini açıq-açıq bəyan ediblər, bizə qarşı planlarını gizlətməyiblər. Biz az olsaq da, sizə lazımıq. Burda erməilər qalmasa, Rusiya Cənubi Qafqazdan çəkilməli olacaq. Biz geosiyasi uzunmüddətli, sönməyən atəş nöqtəsiyik. İndi işin içinə Türkiyə amili daxil olub. Ərdoğan bütün türk dünyasını birləşdirməyi hədəfləyib. Qarabağlı azərbaycanlılar hələlik yurdlarına qayıtmağa tələsmirlər. Hamısının Bakıda evləri var. Görünür, Qartabağ hərbi plasdarm rolunu oynayacaq. Biz ermənilər Qarabağda Rusiyaya hava–su kimi lazımıq.

O həmçinin qeyd edib ki, bu ilin son 4 ayında 80 min erməni Ermənistanı tərk edib gedib.

Darya Arlamova daha sonra erməni sürücünün müşayiəti ilə Zəngəzura (Sünikə) gəldiyini yazır.

“Sünikə gəlirik, yol kənarında böyük plakata “Azərbaycana xoş gəlmisiz” yazılıb. Mən heyrətlə “bura Azərbaycandırmı?” soruşuram, sürücüm də çiynini çəkib, “Bilmirik, torpaqları elə hey bölürlər. İndi bizim yollarımız Azərbaycan torpaqlarından keçir” deyə bildirir. Kənd sakini Akopsa qaşqabaqla deyir: Azərbaycanlılar özlərinə sərf edəndə Sovet xəritələrini göstərirlər, sərf etməyəndə GPS-i: “Evimizi tərk edəndə çoxumuz hirsimizdən yandırdıq. Mənim əlim gəlmədi, təzə təmir etmişdim. Divara yazdım ki, ”Biz yenidən qayıdacağıq”. Azərbaycanlı əsgər isə mənə dedi ki ”rədd olun gedin. Siz bura qayıtmayacaqsız”.

İrəvan parlamentinin deputatı Arman Abovyan deyir ki, biz yerlipərəstlik edib irəvanlı, qarabağlı, sünikli və s. ermənilərə bölündüyümüz üçün uduzduq. İndi biz Azərbaycanın 1994-cü ildə yaşadıqlarını yaşayırıq. Onlar gənc və iddialı şəkildə qarşımızda dayanıblar. Rusiyanın imperiya olmaq alnına yazılıb. İmperiyanın varlığını isə vassalları qoruyur. Rusiya olmadan biz yoxuq. Amma biz də Rusiyaya hava kimi, su kimi lazımıq”.

Tərcümə etdi: İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »