Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yelo Bank-dan 10 milyondan artıq mənfəət
Yelo Bank-dan 10 milyondan artıq mənfəət

Yelo Bank 2021-ci ilin ikinci rübü üzrə maliyyə hesabatını açıqladı. Ötən rüb olduğu kimi, bu rüb də Bankın əsas maliyyə göstəriciləri üzrə pozitiv dinamika müşahidə olunub. Belə ki, Bank hesabat dövrünü 10 mln manat xalis mənfəətlə başa vurub. Eyni zamanda cəmi aktivlər ötən ilin sonu ilə müqayisədə 47.5 milyon manat artaraq 438.6 mln manata çatıb.

Bankın kredit portfelində də nəzərə çarpan artım var. Belə ki, kredit portfeli ötən ilin sonu ilə müqayisədə 18.3% artaraq 364.8 mln manata çatıb. Bu müddət ərzində portfelin böyük hissəsini təşkil edən biznes kreditləri üzrə 96.2 mln, istehlak kreditləri üzrə isə 56.5 mln manat veriliş olub. Qeyd olunan dövr üzrə Bank-ın depozit portfeli də 8% artaraq 253.8 mln manata çatıb.

Hesabat dövrü üzrə bankın xalis faiz gəlirləri 21.3 milyon manat təşkil edib. Bu isə ötən ilin anoloji periodu ilə müqayisədə 20% artım deməkdir. Hazırda Bankın məcmu kapitalı 63.86 mln manatdır, bu göstərici ilin əvvəlindən 10 mln manat, requlyativ tələbdən isə 13.86 mln manat çoxdur.

Yelo Bank-ın İdarə Heyətinin Sədri Anar Həsənov 2-ci rübün maliyyə nəticələrini belə şərh edib: “2021-ci il üçün qarşımıza qoyduğumuz hədəflərə uyğun irəliləyirik. Qısa zamanda yeni strategiyamızın nəticələrini görmək xoşdur. Təbii ki, bu nəticələr güclü komandamız və müştərilərimizin artan etibarı olmadan reallaşa bilməzdi. Ölkə iqtisadiyyatındakı ümumi canlanma dövründə əsas diqqətimizi kiçik bizneslərin maliyyələşdirilməsinə yönəltdik. Daha çox müştəriyə xidmətlərimizi çatdıra bilməyimiz üçün ilk 2 rübdə yeni filiallarımızı istifadəyə verdik və ilin sonuna qədər də daha bir neçəsinin açılışını planlaşdırırıq. Paralel olaraq rəqəmsal həllərimizi də inkişaf etdiririk. Əsas məqsədimiz müştərilərimizin istədikləri vaxt və ən rahat formada bank xidmətlərini ala bilməsidir. İlin sonunadək daha böyük nəticələr əldə edəcəyimizə inanıram”.

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› Artıq mini sualtı gəmilərimiz də var
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
››› Rusiyanın hakim Vahid Rusiya Partiyası seçkilərdə qələbəsini elan edib
Son xəbərlər
Bütün xəbərlər »