Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“600 min pul alıb, bunun oynamağına bax”
“600 min pul alıb, bunun oynamağına bax”

Bu yazıda yeni bir məlumat olmayacaq. Heç yeni fikir də. Təəcübləndirəcək nəsə bir şey də ağlıma gəlmədi.

Özünüz hər şeyi çox yaxşı bilir, illərdir görürsünüz.

Müstəqillik qazanandan sonra qarşımızda yeni imkanlar, şanslar yarandı. Bütün sahələrdə inkişaf etmək, uğurlar qazanmaq üçün, tale bizə hər cür fürsət tanıdı.

Neftimiz də var, lazımi imkanlar və şərait də... Şükürlər olsun ki, ölkəmizdə vətəndaş müharibəsi də getmir.

Gənclərimizin də ya elmlə, ya da idmanla məşğul olması üçün elə də böyük əngəllər yoxdur... Yoxsa, var?

Tokio-2020 Olimpiya Oyunlarında olimpiyaçılarımızın biabırçı çıxışları bir-birini izlədi. Adam bilmədi hansına baxıb yaxıla.

Allah saxlamışların hamısı elə bil sözü bir yerə qoyublar... İdmanın başını buraxıblar, başqa nə işlə məşğul olurlar, özləri də bilmirlər.

Yüz minlərlə manat pul xərclədiyimiz, ovcumuzun içində bəslədiyimiz kubalı boksçu Sotomayor da ötən gün “gül vurdu”.

Lorenzo Sotomayorun 1/16 finalda gürcüstanlı boksçu Əsgərxan Madiyevə uduzması hamıya məlumdur. Həmin o Lorenzo Sotomayor ki, əlində bir neçə dəstə 100 manatlıq əskinasla şəkilləri “Facebook”da səhifələrdə dolaşır.

Əyləncələri ilə gündəm yaradan bu kubalı boksçunun öz ölkəsində milli yığmanın idmançıları ayda 20-40 ABŞ dolları arası maaş alırlar. Yazıq nə etsin, gəlib görmədiyi günləri görür Azərbaycanda...

Doğrudanmı əcnəbilərə bu qədər ehtiyacımız var?

Özümüzdə boksçu yetişmir?

Milyonlarla vəsait ayrılan, hər rayonda inşa edilən olimpiya mərkəzləri, idman zalları azlıq edir?

Yoxsa, erməni zabitlərini yalın əliylə boğan Azərbaycan oğulları boks sahəsinə maraq göstərmir?

Nə bilim, əşşi...

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »