Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Enerji ölkəsində benzin qıtlığı nədən yaranıb: Benzin bahalaşacaqmı...
Enerji ölkəsində benzin qıtlığı nədən yaranıb: Benzin bahalaşacaqmı...

Rusiyada "Aİ-95" markalı benzinin birja qiyməti qalxıb. Belə ki, bu markalı benzinin bir tonu 60000 rubla satılıb.

Hökumət bəyan edib ki, qiymətlər belə qalxarsa, ölkə xaricə satışı dayandıracaq. Azərbaycan Aİ-95 markalı benzinə olan tələbatın 60 faizni Rusiyadan idxal edir. İlə 57000 ton benzin alırıq. Maraqlıdır, Rusiyadan benzin idxalı dayanarsa, Azərbaycanda da qiymətlər yüksələcəkmi? Ümumiyyətlə, hər zaman yanacaq qiymətlərinin artması ilə digər məhsulların da qiymətində artış müşahidə olunur. Yeni bahalıq dalğası olacaqmı? Bu sualımızı cavablandıran iqtisadçı ekspert Eldəniz Əmirov bizimyol.info-ya bildirb ki, Rusiyada Aİ-95 markalı benzinin qiymətinin qalxmasına səbəb daxili istehsalın daxili tələbatı ödəyə bilməməsidir.

Eldəniz Əmirov Eldəniz Əmirov

“Rusiya hökuməti bildirib ki, belə davam eləsə, xaricə satışı dayandıracaq. Rusiya bizə bu benzini satmasa, məcburuq alternativ yollar axtaraq. Digər xarici ölkələrdən də aldığımız benzinin qiymətləri ürəkaçan olmayacaq. Ona görə, Aİ-95 markalı benzinin qiymətinin qalxması labüddür. Rusiyada da qiymət artımı var. Lakin hesab edirəm ki, bu, qiymət artımına təsir etməyəcək. Dizelin, Aİ-92 markalı benzinin qiymət artımı birbaşa məhsulların qiymət artımının formalaşmasında rol oynayır, çünki logistik xəsrclərdə iştirak edir. Aİ-95 markalı avtomobil benzini əsasən, şəxsi, müasir tipli minik avtomobillərində istifadə olunduğundan istehlak bazarında ciddi qiymət artımına səbəb olmayacaq. Aİ-95 nə xidmət, nə istehsal sahəsində rol oynamır. Bəlkə xırda detallar tapmaq olar, amma inflyasiyaya, qiymət artımına səbəb olmayacaq. Bu benzin lüks minik avtomobillərinin yanacağı kimi istifadə edilir və istehsal prosesinə dəxli yoxdur”,- deyə ekspert bildirib.

Bəs neft ölkəsi olan Azərbayanda niyə benzini xaricdən almağa məcburuq? Sualın cavabı sadədir.

2019-cu ilin oktyabr ayında Heydər Əliyev adına neft emalı zavodunda başladılmış yenidənqurma işlərinə görə avtomobil benzini istehsalının müvəqqəti dayandırılması, idxaldan asılılığımız benzin qiymətlərinə təsir edir. Təmir müddətində nə qədər benzinin idxal olunacağı daxili tələbatdan asılı olacaq. NEZ-də yenidənqurma işlərinin 3 mərhələdə həyata keçirilməsi nəzərdə tutulub. 2021-ci ilin əvvəlinədək “Euro-5" keyfiyyət standartına cavab verən Ai-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası və yenidən qurulması işlərinin aparılması planlaşdırılmışdı. İşlər hələlik davam edir. Zavodun illik emal gücü indiki 6 milyon tondan 7,5 milyon tona çatdırılacaq, Ai-92/95/98 benzin markalarının istehsalı təmin ediləcək.Bundan əlavə 2035-ci ildə yeni neft emalı zavodunun inşasına başlanılacaq. Çünki ölkədə avtomobillərin sayının durmadan artması buna tələbat yaradır.

Ilham Şaban İlham Şaban

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bizimyol.info-ya bildirib ki, 2008-ci ildən başlayaraq Azərbaycanın daxili bazarında neft məhsullarının istehlakı ildə 10 faiz olaraq artmağa başladı. Bunun əsas səbəbi isə hələ o zamanlar ölkəyə ildə 90-100 min avtomobilin gətirilməsi idi. Gətirilən avtomobillərin çoxu köhnə modellər idi. “Köhnə avtomobillərin ölkəyə idxalının qarşısı vaxtında alınsaydı, yeni model avtomobillərin idxal olunmasına yaxşı şərait yaransaydı, indi Azərbaycanda 1 milyondan çox minik avtomobili olmazdı. Neft ölkəsi olan Azərbaycanın neft məhsulları ilə daxili təlabatı ödəməsinə mane olan əsas faktorlardan biri budur”,- deyə o bildirib.

Qeyd edək ki, Azərbaycanda yanvarın 5-dən Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Hökumət rəsmən elan etməsə də, yanacağın qiymətinin artması ilə bütün növ məhsulların qiymətində kəskin artım baş verib. Hələlik dövlət tərəfindən bahalığın qarşısını almağa yönəlik addımlar atılmayıb.

İlhamə

Paylaş »
››› “Əgər Ermənistan bizə dəhliz vermirsə, o zaman biz də Laçın dəhlizini nəzarətə götürməliyik”
››› Boşanmanın qadağan olunduğu ölkə: Cütlüklərin yarısı evlənmir
››› Azərbaycanın peyvənd pasportu Türkiyədə qəbul olunmadı
››› Yur dövrünün qayıdışı reallığa çevrilir: Mamontları canlı şəkildə görə bilərik
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› TƏBİB-in "gizli" dərman paketi
››› "Prostat xəçənginin yaranma səbəbləri daha ağrılıdır"
Son xəbərlər
Bütün xəbərlər »