Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin nüvə qarşıdurmasına “Qiyamət gününün təyyarəsi”ni almağa hazırlaşır
Putin nüvə qarşıdurmasına “Qiyamət gününün təyyarəsi”ni almağa hazırlaşır

Rusiya qlobal böhran günlərində az müharibə küləyi əsdirməyib. Skandinaviya dövlətləri, Baltikyanı ölkələr, Ukrayna buna görə ciddi narahatlıq yaşayıb. Kreml hətta son ölkə ilə sərhədə qoşunlarını da yığmışdı.

Bizimyol.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin də açıq qarşıdurmaya hazırlaşdığını göstərir. Qərb mətbuatı Kremlin E-4B “Nightwatch” təyyarələrinin almasında nüvə savaşına hazırlıq niyyətini görür. Çünki bu hava gəmiləri ölkə rəhbərləri, vacib sayılan şəxslər üçün nəzərdə tutulub. Yer səthində idarəedici obyektlər sıradan çıxarsa, məhz E-4B işə yarayacaq. Yəni ümumi prosesi həmin təyyarələrdən idarə etmək mümkün olacaq.

ABŞ E-4B təyyarələrinin istehsalına ötən əsrin 70-ci illərində başlayıb. İlk uçuş 1973-cü il iyunun 13-nə təsadüf edib. E-4B “Qiyamət gününün təyyarəsi”, “Dünyanın sonu” adlarını alıb. Daha çox ona görə ki, nüvə savaşlarında istifadəsi planlaşdırılır. Rusiyanın 2 belə təyyarə alması da hərbi toqquşmaya hazırlıq məqsədi daşıya bilər.

E-4B əldə etmək hər ölkəyə nəsib olmur. ABŞ-ın Rusiyaya bu təyyarədən satması çox təəccüblü görünür. Digər yandan anlaşılandır ki, hər ölkə özünə 200 milyon dollardan çox xərci rəva görmür. Hələ 1999-cu ildə ABŞ bu təyyarələri 223 milyon dollara satırdı. Deməli, Rusiya təxminən yarım milyard xərc çəkib.

E-4B təyyarələrinin hər 4-dən 1-i həmişə bir neçə dəqiqəyə havaya qalxmağa hazır olur. Hava gəmisində hər cür idarəetmə sistemi yerləşdirilib. Yəni bütün hərbi potensiala uyğun tapşırıqlar verməyə şərait yaradılıb.

“Qiyamət gününün təyyarəsi” bir həftə havada qala bilir. Bir şərtlə ki, yanacaqdoldurma prosesi yüksəklikdə həyata keçirilsin. Təyyarədə ləvazimatlar nüvə partlayışından müdafiəyə hesablanıb. E-4B yüzlərlə şəxsi havaya qaldırmağa qadirdir.

ABŞ-ın Müdafiə naziri Donald Ramsfeld bir sıra xarici səfərlərdə bu təyyarənin xidmətindən istifadə edə bilib. Həmin səfərlərdə naziri 60 heyət üzvü müşayiət edib.

Son xəbərlər
Bütün xəbərlər »