Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İkibaşlı Avropa: Ermənistana çömçə ilə, bizə qaşıqla...
İkibaşlı Avropa: Ermənistana çömçə ilə, bizə qaşıqla...

Aİ Şurasının Prezidenti ötən həftə Yerevana səfər edərkən Ermənistandakı "prioritet proqramlar" üçün 2,6 milyard avro dəyərində maliyyə paketinin ayrılması ilə bağlı planlarını təsdiqləyib. Müqayisə üçün, Aİ eyni proqramla Azərbaycana 140 milyon avro, Gürcüstana isə 1.175 milyard avro vəsait ayırıb.

Azərbaycanın Avropa İttifaqının milyardlarla dəstək layihəsindən kənarda qalmasına səbəb nədir? Ermənistan, Gürcüstan bu və gələcəkdə alacaqları daha böyük maddi yardımla çox ciddi beynəlxalq dəstəyin, inkişafın təməlini qoydular. Son Batumi toplantısında isə Gürcüstan, Ukrayna və Moldova ilə yanaşı Ermənistanda Aİ ilə əməkdaşlıq edəcəyini bəyan edib.Müxalifət qüvvələri

Azərbaycanın Aİ prioritetlərindən kənarda saxlanılmasını ölkənin milli maraqlarına zidd addım adlandıraraq, məsuliyyəti dövlət başçısının üzərinə atmağa çalışırlar. Hətta Batumi toplantısından sonra Azərbaycan prezidentinin Moskva səfərini Aİ-yə qarşı Rusiya ilə ittifaq kimi dəyərləndirənlər belə var. Halbuki bu məslədən narahatlığını Prezident İlham Əliyev özü də dilə gətirdi. Müxalifət dəstək olacağı yerdə yenə də köstək rolu oynayıb, Avropanı yox, bizi günahlandırır? Necə deyərlər, oğrunun heçmi günahı yoxdur?

Bəs işin əsli nədir? Aİ-nin bu kimi addım atmasının arxasında hansı maraqlar dayanır?

Charles Michel ayrılacaq vəsaitin infrastruktur, rabitə, nəqliyyat və demokratik institutların inkişafı kimi sahələrə yönəldiləcəyini deyib. O bildirib ki, sıravi vətəndaşların yaşayış səviyyəsinin yüksəlməsi ermənilər arasında "yeni status-kvonu" dəyişdirmək ideyasının cazibədarlığını azaldacaq, çünki onlar yeni əldə etdikləri iqtisadi rifaha təhlükə yaratmaq istəməyəcəklər, beləliklə də bölgənin "nisbəti sabitliyinə töhfə" verilmiş olacaq.

Siyasi şərhçi Tural İsmayılov bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, Aİ-nin bu addımının arxasında adı çəkilən dövlətləri Rusiyanın təsirindən tam çəkib qurtarmaq cəhdi gizlənir.

Tural İsmayılov Tural İsmayılov

“Ermənistandan fərqli olaraq Azərbaycan 30 il ərzində işğala məruz qalıb və təəssüf olsun ki, Avropa İttifaqı işğalçıyla işğala məruz qalana eyni gözlə baxmaqla qalmayıb, işğalçıya yardım göstəriridi.Ümumilikdə indiyə qədər Qərb siyasi institutlarından və Aİ-dən Ermənistana ayrılan maliyyə yardımı dediklərimizi təsdiq edir. Eyni zamanda xüsui qeyd etmək istəyirəm ki, Ermənistana 2 milyarddan çox yardımın ayrılması Aİ-nin növbəti dəfə standartlarda ədalətlə davranmadığını və dövlətlərə bərabər yanaşmadığını göstərir. Əgər beynbəlxalq hüquq və ədalət prinsipi ilə yanaşsaq zərərçəkən tərəf bizik, işğal olunan bizim torpaqlarımızdır.Bizə maddi mənəvi ziyan vurulub. Azərbayan xarici yardıma ehtiyacı olmayan dövlətdir , lakin Avropa ittifaqıl bu yardımı ayırırsa, Ermənistana Azərbaycandan dəfələrlə çox vəsait verməsi onun ikili standartını ortaya qoydu. O ki, qaldı Azərbaycanın Aİ ilə münasibələrinə, ölkəmiz bu münasibətlərin dərinləşdirilməsində maraqlıdır və hər zaman mühüm rol oynayıb. Avropanıən enerji təhlükəsizliyində rol oynadığımızı, etibalı tərəfdaş olduğumuz dəflərlə bəyan etmişik. Azərbaycandan Avropaya uzanan bir sıra infrastruktur layihələrində geosiyasi baxımdan əhəmiyyətli mmövqedə yer almışıq. Avropa İttifaqı da Azərbaycanın önəmini başa düşür, sadəcə biz Gürcüstan və Ermənistandan fərqli olaraq birtərəfli siyasət yürütmürük, biz “oşulmama Hərəkatının üzvüyük və Qoşulmama Hərəkatına sədrliyimiz bir il daha uzadılıb. Biz Paşinyan kimi ikiüzlü açıqlamalar vermirik, nə Rusiyaya səfərlərdə Avropanın əleyhinə, nə Avropaya səfərlərdə Rusiyanın əleyhinə addımlar atmırıq. Və ya Gürcüstan kimi bir tərəfli xətt yürütmürük. Balanslaşdırılmış siyasət bu deməkdir.Bu kurs regional oyunçuların da apardığı siyasətə zidd deyil. Bu baxımdan Aİ-nin Ermənistana daha çox maliyyə ayırması erməni lobbisinin Qərbdəki güclü təsirinin nəticəsidir. Və eyni zamanda Ermənistanın forpost dövlət olması, Rusiyanın burda hərbi hissəsinin yerləşməsi kimi faktorlar Avropanı ciddi narahat edir, ona görə, öz adamları olan Paşinyanı təşviq etmək üçün bu qədər maliyyə ayırır”,- deyə Tural İsmayılov qeyd edib.

Aİ-nin Ermənistana geniş dəstək planı Yerevanı da , Rusiyanı da müxtəlif seçimlər qarşısında qoyur.

Avropa İttifaqının Şərq Tərəfdaşlığı (ŞT) təşəbbüsü 2009-cu ilin mayında Praqada keçilən seminarda Polşa və İsveç tərəfindən irəli sürülüb. ŞT təşəbbüsü Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus və Moldovanın Aİ ölkələri ilə mövcud əməkdaşlığının ikitərəfli gücləndirilməsini və çoxtərəfli formatda davam etdirilməsini ehtiva edir.Çoxtərəfli format dedikdə Aİ-nin anladığı bu idimi?

İlhamə Rəsulova

Paylaş »
››› İki oğlu şəhid olan ananın şikayətinə cavab gəldi
››› "Region dünyanın barıt çəlləyinə çevrilib, partlayış bir qığılcıma bənddir"
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› “Yardımlının axundunu rayonda tapmaq olmur”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
Son xəbərlər
Bütün xəbərlər »