Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prokuror nazir müavininə 10 il həbs cəzası istədi
Prokuror nazir müavininə 10 il həbs cəzası istədi

Mədəniyyət nazirinin həbsdə olan keçmiş müavini Rafiq Bayramova 10 il həbs cəzası verilməsi istənilib.

Bizimyol.info xəbər verir ki, iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib. Dövlət ittihamçısı bildirib ki, sabiq nazir müavini haqqında istintaq və məhkəmə araşdırmaları bir ildən artıq davam edib. Rafiq Bayramova qarşı Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar, külli miqdarda rüşvət alma) maddələrilə verilən ittihamlar şahid ifadələri, ekspert rəyləri və s. sübutlarla təsdiqini tapıb.

Sabiq nazir müavininin işində ümumilikdə 26 epizod üzrə 1 milyon 785 min manatlıq rüşvətdən söhbət gedir.

Prokurorun sözlərinə görə, Rafiq Bayramovun yaxınları bir qismi manat, bir qismi dollar, bir qismi isə avro olmaqla, ümumilikdə 1 milyon 178 min manat dövlət nəfinə keçirib. Bu da yüngülləşdirici hal kimi nəzərə alınıb.

Sabiq nazir müavininin vəkili müdafiə çıxışına hazırlaşmaq üçün vaxt istəyib.

Məhkəmə avqustun 10-da davam edəcək.

Rafiq Bayramov, eləcə də nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində həbs olunub. İstintaqın sonunda Sultanovun işi üzrə icraat ayrılıb. Rafiq Bayramov məhkəmə qarşısına tək çıxarılıb.

Paylaş »
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
››› Məhkəmə Robert Koçaryanı Moskvaya buraxmadı
Son xəbərlər
Bütün xəbərlər »