Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Televizorda özünü görüb soruşdu ki, bu aktyorun adı nədir..."
"Televizorda özünü görüb soruşdu ki, bu aktyorun adı nədir..."

Özünü unudan, özünə heyran olan möhtəşəm aktyor Münir Özkul. Bu möhtəşəm aktyoru çoxlarımız “Hababam sınfı”nın Mahmud hocası kimi xatırlayırıq.

Və yaxud iştirak etdiyi bütün filmlərdə anlaşyışlı, mehriban ata, sadiq dost rollarını ifa edib. Əslində bütün bu obrazlar onun şəxsi xarakterinə o qədər uyumlu idi ki, rejissorlar Münir Özkulu fərqli ampuluada görə bilmirdilər.

Münir Özkul 2018-ci ildə 93 yaşında həyata vida etdi. Ölməzdən öncə uzun müddət demensiya və ağciyər xəstəliyindən əziyyət çəkib. Bu günlərdə Münir Özkulun qızı Güner Özkul atası haqqında onu sevənləri kövrəldən bir xatirə paylaşıb.

Kamal Sunal Kamal Sunal

“2000-ci illərin əvvəlindən atamda demensiya xəstəliyi baş qaldırdı. Hər şey yaddaşını itirməklə başladı. Hamımızı, kimliyimizi unudurdu. Tez- tez adımızı soruşurdu. Unutmadığı tək insan dostu Kamal Sunal idi. Xəstələnməzdən az öncə Kamal Sunal vəfat etmişdi və atam onun məzarı üzərində göz yaşları tökmüşdü. Çox keçmədən özü xəstələndi, yatağa düşdü. Elə hey giley edərdi. “Kamal gəlib mənə baş çəkmir” deyərdi. Yenidən çox üzüləcəyini bildiyim üçün Kamal Sunalın öldüyünü ona demirdim, xaricdə qastrolda olduğunu söyləyirdim. Ümumiyyətlə, sevdiyi və rəhmətə getmiş dostlarının hamısının sağ olduğunu düşünürdü. Onun özünü yaxşı hiss etməsi üçün əlimdən gələni edirdim. Ən böyük acını isə, atam rəhmətə gedən gün deyil, bu hadisəsədən 16 il öncə yaşadım. Atam artıq özünü də xatırlamadığı gün. 2002-ci il idi. Məndən televizoru açmağı xahiş etdi. Kanalları dəyişərkən baş rol aldığı “Nəşəli günlər” filmini görüb dayandı. Özünə bir xeyli tamaşa edib “Bu aktyoru çox sevirəm, rollarını gözəl oynayır. Ona heyranam. Onun adı nədir dedi?” deyə sual verdi. Özünü unudan adam ömrünün son gününə qədər isə “Kamal gəlmədimi?” deyə sual verdi mənə".

Həyatının böyük hissəsində içki ilə mübarizə aparan aktyor 1990-cı illərin ortalarında pis vərdişdən tamamilə uzaqlaşa bilib. Aktyorun şəxsi həyatı uğursuz olub, 4 dəfə evlənib, 3 uşağı olub.

İlhamə, Bizimyol.info 

Son xəbərlər
Bütün xəbərlər »