Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət Departamenti ABŞ vətəndaşlarını Qarabağa səfərlərini təxirə salmağa çağırıb
Dövlət Departamenti ABŞ vətəndaşlarını Qarabağa səfərlərini təxirə salmağa çağırıb

ABŞ Dövlət Departamenti bu ölkə vətəndaşlarını koronavirusun yenidən sürətlə yayılmasına görə Ermənistana səfərlərini təxirə salmağa çağırıb.

Bu haqda Dövlət Departamentinin saytında yerləşdirilmiş xəbərdarlıqda deyilir. Bildirilir ki, ABŞ-ın Xəstəliklərə nəzarət və Profilaktika Mərkəzi Ermənistanda koronavirusa yoluxmaq riskini üçüncü səviyyəyə qaldırıb.

Dövlət Departamenti habelə silahlı münaqişəyə görə Qarabağ regionundan və Ermənistan-Azərbaycan sərhədindən də uzaq durmağa çağırır. “Müntəzəm atışmalar, artilleriya sistemlərinin təsadüfi istifadəsi, o cümlədən minalar və minaatanlar hər il ölümlərə və yaralanmalara səbəb olur. Azərbaycanla Ermənistanın beynəlxalq sərhədləri boyu aparan yollardan uzaq durun. ABŞ hökuməti Birləşmiş Ştatlar vətəndaşlarına Qarabağda təcili xidmətlər göstərə bilməz, çünki onlara ora getmək qadağan edilib”,- məlumatda deyilir.(virtualaz.org)

Paylaş »
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› Raketi görməyənlər, şəhid ailəsinin daşı ilə özünə tualet tikənlər – Qısası, İcra Hakimiyyətləri
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› İnsanlar beynini qida ilə sıradan çıxarır
››› Putinin istəyinə çatması Rusiyaya nəyin bahasına başa gələcək...
››› Pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
››› “30 ildir yaşadığım evin mülkiyyət sənədini almağıma imkan vermirlər”
Son xəbərlər
Bütün xəbərlər »