Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Marketdən oğurluq edən şəxs kameralardan yayına bilməyib - Video
Marketdən oğurluq edən şəxs kameralardan yayına bilməyib - Video

Suraxanı rayonunda satıcının yatmasından istifadə edərək kassadan oğurluq edən şəxs saxlanılıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən marketlərdən birindən oğurluq edilib.

Naməlum şəxs marketə daxil olub satıcının yatmasından istifadə edərək kassada olan pulları oğurlayıb və daha sonra hadisə yerindən yayınıb. Oğurluq edən şəxsin mağazaya daxil olması və kassadan oğurluq etməsi obyektin təhlükəsizlik kameraları vasitə ilə də lentə alınıb.

Zərərçəkən şəxs hadisə barədə xəbər tutandan sonra ərazi üzrə Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə məlumat verib. Bölmə əməkdaşlarının qısa zamanda həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri həmin hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Nadir Babayev saxlanılıb. O, ifadəsində törətdiyi oğurluq hadisəsini etiraf edib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsində araşdırmalar davam etdirilir.

Paylaş »
››› Qadınların qeybə çəkildiyi, uşaqların ac dolaşdığı şəhər - Video
››› İlham Əliyevi İranla bağlı açıq danışmağa vadar edən səbəblər
››› “Bir möcüzə baş verə, ev qapımız döyülə...” – Şəhid övladlarının ata həsrəti
››› 20 qəpiklik maska 50 qəpiyə: Qayğı, yoxsa fürsət...
››› Dünya böhrandan geri dönür: Yeni qaydalarla yola davam...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kadırov seçkilərdə dünya rekordu qazanıb
Son xəbərlər
Bütün xəbərlər »