Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aralıq dənizində faciə - Çoxlu sayda ölən var
Aralıq dənizində faciə - Çoxlu sayda ölən var

Aralıq dənizində mühacirlərin dramı davam edir.

Zaman-zaman yaşanan miqrant faciələrinə daha biri əlavə olunub. Bu dəfə 57 nəfər həlak olub. Ölənlər arasında qadın və uşaqlar da var.

Bizimyol.info xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatının verdiyi məlumata görə, Liviya sahillərində miqrantları daşıyan qayıq aşıb və ən azı 57 nəfər həyatını itirib. Onlardan 20-nin qadın və 2-nin uşaq olduğu bildirilir.

Beynəlxalq Miqrasiya Təşkilatının verdiyi açıqlamaya görə, son aylarda, hava istiləşdikcə Aralıq dənizi üzərindən Liviya və Tunisdən İtaliyaya, Avropanın digər bölgələrinə çatmağa çalışan miqrantların sayı artıb.

Leyla

Son xəbərlər
Bütün xəbərlər »