Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Patı” satan daha 9 nəfər tutulub
“Patı” satan daha 9 nəfər tutulub

Lənkəranda “patı” satan daha 9 nəfər saxlanıldı. Onlardan birinin oğurluq əməli üzə çıxıb.

Bizimyol.info xəbər verir ki, DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və “patı”, “şüşə” kimi tanınan psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfər rayon sakini saxlanılıb.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakinləri Zöhrab İbadov, Ramin Abdullayev, Azər Rüstəmov və Sabir Vəliyev saxlanılıb. Onlardan satış üçün nəzərdə tutulmuş hazır bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb. S. Vəliyevin həmçinin Lənkəran şəhəri ərazisindəki evlərdən birindən mobil telefon oğurladığı da müəyyən edilib. Həmin mobil telefon S.Vəliyevdən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin əməkdaşlarının keçirdikləri ardıcıl əməliyyat tədbirləri ilə rayon sakinləri Ramal Zeynallı, Füqan Qulizadə, Bəhruz Kərimov, Elşad Səfərov və Xalid Məmmədli saxlanılıblar. Onlardan satış üçün nəzərdə tutulmuş hazır bükümlərdə heroin və metamfetamin, 4 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Paylaş »
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› Artıq mini sualtı gəmilərimiz də var
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
››› Rusiyanın hakim Vahid Rusiya Partiyası seçkilərdə qələbəsini elan edib
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
Son xəbərlər
Bütün xəbərlər »