Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün I ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir
Bu gün I ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir

27 iyul 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir.

Bizimyol.info xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahan Bakı, Gəncə, Qazax, Ağstafa, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunur.

İmtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 83 imtahan binası, 1431 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 83 ümumi imtahan rəhbəri, 238 imtahan rəhbəri, 1859 nəzarətçi–müəllim, 168 buraxılış rejimi əməkdaşı, 83 bina nümayəndəsi ayrılıb.

Bugünkü imtahanda I ixtisas qrupu üzrə sənəd verənlərin bir hissəsi - 19184 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 17159 nəfər Azərbaycan, 2025 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 12540 nəfəri oğlan, 6644 nəfəri isə qızdır. 16591 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2327 nəfər əvvəlki illərin məzunudur. 15 nəfər ali təhsil müəssisələrinin, 251 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 96 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1966-cı ildən, ən gənci isə 2006-cı ildəndir.

İmtahanda 18 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) abituriyent də iştirak edir. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.

İmtahanın gedişini işıqlandırmaq üçün regionlar da daxil 42 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.

Xatırladaq ki, iyulun 28-də IV ixtisas qrupu ilə yanaşı, I ixtisas qrupu üzrə sənəd verən abituriyentlərin digər hissəsi (9421 nəfər) də iştirak edəcək.

Paylaş »
››› Ata Abdullayev kimləri şantaj edib: icra nümayəndəsi, maliyyə direktoru...
››› İlham Əliyevi İranla bağlı açıq danışmağa vadar edən səbəblər
››› Bakını yağış suları aparır: 14 il də dözün, düzələcək...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Şəhid bacısı ürəkləri dağladı: “Minlərlə can qurban”dan ikisi can parçam oldu”
››› Kadırov seçkilərdə dünya rekordu qazanıb
››› “Əks-hücumu dayandırsaydıq, Qarabağın işğalı daha 30 il davam edəcəkdi”
Son xəbərlər
Bütün xəbərlər »