Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə və Pakistan parlament sədrləri Azərbaycana səfərə gəlib
Türkiyə və Pakistan parlament sədrləri Azərbaycana səfərə gəlib

İyulun 27-də Milli Məclisdə ilk dəfə olaraq Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin Üçtərəfli Görüşü keçiriləcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirin yekununda Bakı Bəyannaməsinin imzalanması gözlənilir.

Bu məqsədlə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdikləri nümayəndə heyətləri iyulun 26-da ölkəmizə səfərə gəliblər. Heydər Əliyev Beynəlxalq Hava Limanında Türkiyə və Pakistan spikerlərini Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, sədr müavini Adil Əliyev, Türkiyənin və Pakistanın ölkəmizdəki səfirləri Cahit Bağçı, Bilal Haye və digər rəsmi qarşılayıblar.

Səfər çərçivəsində Pakistan və Türkiyə parlament sədrlərinin Qarabağda Ermənistanın işğalından azad olunmuş ərazilərə səfərləri də gözlənilir.

Paylaş »
››› Qadınların qeybə çəkildiyi, uşaqların ac dolaşdığı şəhər - Video
››› İlham Əliyevi İranla bağlı açıq danışmağa vadar edən səbəblər
››› “Bir möcüzə baş verə, ev qapımız döyülə...” – Şəhid övladlarının ata həsrəti
››› 20 qəpiklik maska 50 qəpiyə: Qayğı, yoxsa fürsət...
››› Dünya böhrandan geri dönür: Yeni qaydalarla yola davam...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kadırov seçkilərdə dünya rekordu qazanıb
Son xəbərlər
Bütün xəbərlər »