Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölkədən turist qovmağın yolları...
Ölkədən turist qovmağın yolları...

Bu günlərdə bir xanım müğənninin qısqanclıq zəminində bıçaqlanması xəbəri yayıldı. Sosial şəbəkələrdə kimisi hadisənin evdə, kimisi də otel nömrəsində baş verdiyini bildirirdi.

Hətta bir video da paylaşıldı və bəzi qabaqcıl KİV-lərimiz yoxlamadan-araşdırmadan həmin videonu öz saytlarına yükləyərək tirajladılar. Xəbər mətnlərində isə əminlik tonunda yazılmışdı: “Videogörüntülər otel otağında olan gizli kamera tərəfindən qeydə alınıb”.

Bundan sonra isə.... Necə deyərlər, el ağzını saxlamaq olar? Yetərincə ciddi qəbul edilən və minlərlə oxucu sayı olan saytların belə xəbər yayması ajiotaj doğurdu. Az qala bütün səhifələrdə və qruplarda insanlar müzakirə açdılar. Hətta iş o yerə çatdı ki, bəzi həmvətənlərimiz xarici vətəndaşları da işarələyərək, onlara məlumat verirdi: “Bakıya gələndə ehtiyatlı ol, bütün otellərdə gizli kameralar var”.

Uinston Çörçil demişdi: “Həqiqət yuxudan durub əyninə şalvarı geyinənə qədər yalan dünyanın yarısını dolaşır”. İnsanlar panika içində idi, Azərbaycanla maraqlanan əcnəbilər də həmçinin.

Sonra məlum oldu ki, həmin video Azərbaycanda qeydə alınmayıb. Bu haqda DİN də açıqlama verdi. Yəni, baş verən hadisə ilə görüntülər arasında əlaqə yoxdur.

Amma nə olsun? Bir çox insanın beyninə dezinformasiya yeridə bildikmi? Belə şey düşmənin də ağlına gəlməz. Bundan sonra Azərbaycana gələn (əgər risk eləsələr) turistlər artıq otel məsələsinə qorxu ilə yanaşacaq. Müxtəlif rayonlara ailəsi ilə gedən insanlarımız otellərdə qalmaqdan çəkinəcək. Ev tutacaqlar... Bəli, hansısa həmvətənimiz xeyir götürəcək. Lakin dövlətə vergi ödənilməyəcək, işçilər maaş ala bilməyəcəklər...

Bəzən həmkarlarımız sensasiya xatirinə elə hərəkətlər edirlər ki...

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› “Əgər Ermənistan bizə dəhliz vermirsə, o zaman biz də Laçın dəhlizini nəzarətə götürməliyik”
››› Boşanmanın qadağan olunduğu ölkə: Cütlüklərin yarısı evlənmir
››› Yur dövrünün qayıdışı reallığa çevrilir: Mamontları canlı şəkildə görə bilərik
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› TƏBİB-in "gizli" dərman paketi
››› "Prostat xəçənginin yaranma səbəbləri daha ağrılıdır"
››› Çörəyin bahalaşmasının qabağı indilik alındı, bəs sonra?
Son xəbərlər
Bütün xəbərlər »