Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Milyonçu” şousunda savadsız görünən şəxs bir evin pulunu qazandı
“Milyonçu” şousunda savadsız görünən şəxs bir evin pulunu qazandı

“Kim milyonçu olmaq istər” yarışmasına, adətən, biliyinə güvənən insanlar üz tutur. Bir az da cəsarət kifayət edir ki, bütün həyatını dəyişəsən. Bilik səviyyəsi yüksək olmayanlar şouda uzağa gedə bilmir.

Bizimyol.info xəbər verir ki, Böyük Britaniyada “Kim milyonçu olmaq istər” yarışmasında əvvəlcə çox biliksiz görünən şəxs böyük məbləğ qazanıb. Əvvəldə ən adi suallar qarşısında aciz qalan Konor Kim 125 min funt sterlinqə sahib çıxıb. Bu məbləğə hətta Böyük Britaniyada da bəzi ortabab şəhərlərdə mənzil almaq mümkündür. Çünki təxminən 172 min dollardan söhbət gedir.

Vestminsterdə hüquqşünas köməkçisi işləyən şou iştirakçısı yarışmaya hamını təəccübləndirəcək səviyyədə pis başlayıb. Hətta biliyinə güvənməyənlər belə, ilk iki sual qarşısında aciz qalmır. Amma Konor Kim kömək variantlarından istifadə etməli olub. Beləcə, yarışı davam etdirə bilib. Amma sonradan şou iştirakçısı gözlənilmədən inamlı təsir vağışlamağa başlayıb. Konor Kim düz cavabları ard-arda düzüb.

Hüquqşünas köməkçisi yarışmaya uğursuz başlayanda aparıcı onun xətrinə dəyə biləcək ifadələr işlədib. Ceremi Klarkson onun efirdə özünü səfeh gününə qoyduğunu bildirib. Aparıcı sonra iştirakçıya deyib ki, “sizi hələ uzun müddət xatırlayacaqlar”.

Konor Kim, bəlkə də, bu ifadələrdən təsirlənib. Hər halda, şou iştirakçısı bundan sonra inamlı təsir bağışlamaqla hamını təəccübləndirib. O, sona qədər gedə bilməsə də, xeyli qənaətbəxş məbləği əldə edib.

Konor Kimin uğuru sosial şəbəkələrin Böyük Britaniya seqmentində böyük müzakirəyə səbəb olub. Şəbəkə istifadəçiləri xeyli heyrətləndiklərini ifadə ediblər. Hər halda, heç kim yarışa çox pis başlayan şəxsin böyük məbləğə sahib çıxa biləcəyini gözləmirmiş.

Bir müddət əvvəl Böyük Britaniyada baş tutan “Kim milyonçu olmaq istər” şousunda başqa maraqlı hadisə yaşanmışdı. Növbəti suala düz cavab verə bilməyən iştirakçı canlı efirdə söyüş söymüşdü. Castin Bitti 32 min funt sterlinqi əldən verməsinə çox məyus olduğundan özünü saxlaya bilməmişdi.

Son xəbərlər
Bütün xəbərlər »