Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xeyriyyəçi iş adamı ev dustaqlığına buraxıldı
Xeyriyyəçi iş adamı ev dustaqlığına buraxıldı

Ötən ay Şəmkirdə həbs edilmiş iş adamı Tural Zeynalov ev həbsinə buraxılıb.

Bu barədə Bizimyol.info-ya Tural Zeynalovun özü məlumat verib. O, əməkdaşımıza deyib ki,  haqqında Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə cinayət işi açılıb: “İndi ev dustağlığına buraxıldım. Haqqımda cinayət işi başlanıb. Ancaq həmin hadisədə  mənim orada heç bir günahım yoxdur. Şəxsi ədavət zəminində gəlib başıma bu işi açdılar. Allah hər birinizdən razı olsun, səhhətim də yaxşıdır. İnşəallah, 2 aya görək nə qərar veriləcək. Yəqin ki, hökümətimiz, məhkəmə yaxşı qərar verər”.

Xatırladaq ki, ötən ay iş adamına məxsus  “Qala" ailəvi istirahət mərkəzində polis əməliyyat keçirmiş, orda toy qadağasının pozulduğunu əsas gətirmişdi. Bu zəmində insident yaşanmışdı. Tural Zeynalovun atası Allahverdi Zeynalovu polis işçilərinin döydüyü, eləcə də, Tural Zeynalovun özünə də xəsarət yetirərək tutduqları deyilmişdi. Ancaq Daxili İşlər Nazirliyinin mətbuat xidməti döyülmə və xəsarətlə bağlı iddiaları təkzib etmiş, Tural Zeynalovun saxlanması faktını təsdiqləmişdi.

Şəmkir rayonu Yeni Həyat kəndində yerləşən “Qala” Ailəvi İstirahət Mərkəzinin sahibi Tural Zeynalov təkcə Şəmkirdə deyil, başqa bölgələrdə də xeyriyyəçi kimi tanınır. Onun da təşəbbüsü ilə yaranmış, lakin qeydiyyata alınmamış  “Şəmkir” Xeyriyyə Cəmiyyəti rayondakı aztəminatlı, xüsusi dəstəyə ehtiyacı olan ailələrə maddi və sair formalarda daim yardım edib. Eyni zamanda Tural Zeynalov həmfikirləri və dostları ilə birlikdə hüquqları pozulan vətəndaşların müdafiəsini də təşkil edirdi. Bu səbəbdən o, Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı, hazırda həbsdə olan Alimpaşa Məmmədovun təzyiqlərinə də məruz qalmışdı.

Tural Zeynalov 44 günlük Vətən Müharibəsi dövründə döyüş bölgələrinə və yaxın ərazilərə gedərək hərbçilərimizə və ön cəbhəyə yaxın rayonların əhalisinə yardımlar göstərirdi. Tural Zeynalovun dəfələrlə təhlükıli dağ yolları ilə işğaldan azad olunmuş Kəlbəcərə səfərini, ordakı hərbçilərə yardım apardığını əks etdirən videogörüntülər də var.

Tural Zeynalov son növbədənkənar parlament seçkilərində 99 saylı Şəmkir seçki dairəsindən deputatlığa namizəd olub.

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› Təkbaşına bütün İngiltərə ilə döyüşən və dövlət quran adam...
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Sosial şəbəkələrdə videosu yayılan qazi ilə bağlı rəsmi açıqlama - Video
››› “Paşinyan Ərdoğanla görüşüb müxtəlif vədlər verməklə vaxt qazanmaq istəyir”
Son xəbərlər
Bütün xəbərlər »