Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yelo Bank böyüyür
Yelo Bank böyüyür

Yelo Bank artıq Mərdəkanda

Yelo Bank filial şəbəkəsini artırmaqla xidmətlərinin əhatə dairəsini genişləndirməyə davam edir. Bankın konsepsiyasına uyğun dizayn edilmiş yeni Mərdəkan filialı bütün müasir standartlara cavab verir.

Yelo Bank artıq Mərdəkanda

Mərdəkan qəsəbəsinin girişi, Nüsrət Məmmədov küç. 1 ünvanında yerləşən filial bankın bu ərazidəki ilk filialıdır. Öz rahatlığı və funksionallığı ilə yanaşı, rahat yerləşimi ilə də seçilən filial Yelo Bankın "Parlaq Bankçılıq" şüarına uyğun cəlbedici və parlaq dizaynı ilə fərqlənir.

Yelo Bank artıq Mərdəkanda

Müştəri xidmətinin sürətli və effektiv şəkildə təşkil olunması üçün filialda ən kiçik detallar belə nəzərə alınıb. Konseptual dəyişikliklər filialın xarici görünüşü ilə yekunlaşmır. Sadə, xüsusi zövqlə təmir edilmiş qəbul və gözləmə otaqları ilə eyni zamanda universal xidmət sistemi də sizi Mərdəkan filialında gözləyir.

Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov daha bir filialın açılmasının bankın biznes hədəfləri və yeni strategiyasının həyata keçirilməsində növbəti addım olduğunu qeyd edib: “Yeni filial açmağımızın əsas məqsədi Yelo Bank tərəfindən göstərilən xidmətlərin əhatə dairəsini genişləndirməkdir. Bununla yanaşı, biz, rəqəmsal həllərimizin təkmilləşdirilməsi istiqamətində də çalışırıq. Əsas hədəfimiz ən qabaqcıl dünya təcrübəsinə əsaslanan və müasir tələblərə cavab verən xidmət səviyyəsini təmin etməkdir. Xidmətlərimizin müştərilərimizə mümkün qədər əlçatan olması üçün bu istiqamətdə inkişaf etməyə davam edəcəyik".

Yelo Bank artıq Mərdəkanda

Açılış mərasimində Bakıda işgüzar səfərdə olan Yelo Bankın Müşahidə Şurasının sədri Marina Kulişova da iştirak etmişdi. Xanım Kulişova görülən işlərlə tanış olub, filialın iş proseslərinin təşkili barədə ətraflı məlumat aldıqdan sonra filial komandasına uğurlar arzuladı.

Qeyd edək ki, Yelo Bank yaxın zamanda daha bir neçə yeni filialı müştərilərin xidmətinə verməyi planlaşdırır.

Yelo Bank artıq Mərdəkanda

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook və Instagram hesablarımıza yazın cavablandıraq!

Yelo Bank – Parlaq bankçılıq

Son xəbərlər
Bütün xəbərlər »