Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dağlar qoynunda gizlənmiş cənnət: Təngə dərəsi - Fotolar
Dağlar qoynunda gizlənmiş cənnət: Təngə dərəsi - Fotolar

Bu yay sizlərə Azərbaycanın səfalı yerləri barədə məlumat verməyə davam edəcəyik. Bu dəfə yolumuz Qubanın ən əsaflı guşəsi, və bənzərsiz mənzərəsi ilə diqqət çəkən Təngəaltı kəndidir. Daha doğrusu Təngəaltı dərəsi, onun məşhur mağarası. Qubanın bir neçə səfalı guşələrində olsam da Təngəaltı kəndini eşitməmişdim. 20 kilometrə qədər yol gedirsən və yol düzəngahdan keçir. Hətta dağlar və meşələrlə qarşılaşacağımdan əlimi üzmüşdüm ki, sehirli bir mağara dünyasına düşdüm.

Bu Mağara nə ilə məşhurdur soruşsanız bir zamanlar Qızl Ordu və erməni daşnaklarına qarşı vuruşmuş Qaçaq Mayıl özünə bu sıldırım qayaların qoynunda qartal yuvasına bənzəyən mağarada yer edibmiş. Hazırda bu mağaraya yeni tikilmiş 100 pilləli dolama pilləkənlərlə qalxmaq mümkündür. Qaçaq Mayılın bu dik qaydakı mağaraya necə qalxdığını təsəvvür etmək olmur. Çünki yalçın qayalar sözün həqiqi mənasında 90 dərəcəlik bucaq təşkil edir.

Təngə dərəsi, Quba

Qaçaq Mayıl ermənilərin Azərbaycanın müxtəlif rayonlarına, o cümlədən Qubaya hücumlarının qarşısını alan ən mühüm şəxslərdən biri sayılır. Quba qəzasına nəzarət edən çar nümayəndəsinin təqdimatı əsasında Mayıl yüzbaşı rütbəsi alıb. O, təkcə Azərbaycanın müstəqilliyi deyil, qardaş Türkiyənin istiqlaliyyəti uğrunda da vuruşub. Mayıl və onun dəstəsi 1921-ci ildə Şərqi Anadoluda gedən döyüşlərdə qəhrəmanlıqla iştirak edib. O, 1924-cü il mayın 24-ü Utuq dərəsində düşmənləri tərəfindən tələyə salınaraq güllələnib.

Hazırda mağaranın yerləşdiyi ərazidə turistlər üçün gözəl bir istirahət məkanı tikilib hazırlanıb. Mərkəzdə Qaçaq Mayılın həyatı və igidliyi barədə məlumatlar verən lövhələr quraşdırılıb.

Təngə dərəsi, Quba

“Mağara” istirahət mərkəzinə kənardan baxınca özünü Avropanın say seçmə istirahət mərkəzlərindən birində hiss edirsən. Dərədən axan çay yatağının tam üzərində şüşə körpü salınıb, şüşə körpüdən keçib, sıldırım qayanın sinəsində salınmış 5 mərtəbəli qayalar üzərində qoyulmuş stollarda oturmaq olar. Mənzərəni daha fərqli hiss etmək istəyənlər də dərənin dibindəki restoranda otura bilərlər. Çox səliqəlidir, xidmət də həddən artıq gözəl təşkil edilib. Bundan öncəki rayonlarda tualet və su çatışmazlığından gileylənmişdik, Qubada belə deyil. Quba sözün həqiqi mənasında bu işi gözəl təşkil etmiş rayondur. Təngə dərəsindən xeyli yuxarı qalxıb məşhur Afurca şəlaləsini görmək istəyənlər öz maşınlarına arxayın olmamalıdırlar. Ora ya yolszluq avtomobilləri ilə, ya da kənd camaatının taksi xidməti gösətərən “Niva”ları ilə qalxmaq olar. Maraqlıdır ki, Qubanın ən ucqar kəndlərinə də qaz çəkilib. Bu diqqətimdən yayınmadı.

Təngə dərəsi, Quba

Qubada istənilən istirahət mərkəzində qiymətlər də münasibdir. 2-3 manata bir çaynik çay alıb saatlarla meşənin,çayın kənarında otur. Bu gözəllikdən zövq ala bilərsən. İsmayıllıda məslən kabab sifariş vermisənsə çörəyi də sənə əlavə pulla satırlar. Qubada dadlı ləzgi çörəyini qarşına isidib gətirirlər, burda xüsusi reseptlə hazırlanan özünəməxsus dada malik manqal salatıyla isti təndir çörəyindən yesən başqa yeməyə ehtiyacın qalmır.

Təngə dərəsi, Quba

Bakıdan yol uzaq deyil deyə bir günlük istirahət üçün Quba çox əlverişlidir. Hansısa şənbənizi, bazarınızı necə keçirmək barədə düşünürsünüzsə, görmədiyiniz yerləri kəşf edin deyərdim və bu anlamda sərin havası, gözəl xidmətləri, insanları ilə sizə qucaq açan Təngəaltı kəndinə çox dabaha başa gəlməyən bir səfərlə ömrünüzü bəzəyin.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »