Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hollivud ulduzları arasında uşaq davası
Hollivud ulduzları arasında uşaq davası

Hollivud ulduzu Ancelina Coli bir neçə ildir ki, keçmiş həyat yoldaşı, dünya kinosunun başqa bir məşhur siması Bred Pittlə məhkəmədə çəkişir. Onlar beş il əvvəl boşansalar da, uşaqlara görə mübahisə hələ də davam edir.

Bizimyol.info xəbər verir ki, Ancelina Coli ilə Bred Pittin birgə nikahdan 6 övladı var, onlardan beşi yetkinlik yaşına çatmayıb. İndi Coli məhkəmə yoluyla həmin o beş uşağı tək böyütmək hüququ əldə etmək imkanı qazanıb. Bu haqda “BBC News” yazıb.

Bred Pittin də Coli kimi uşaqları birgə böyütmək hüququna malik olması haqda qərar verən hakim Con Uderkirki işdən uzaqlaşdırılıb. Ancelina Coli isə qərardan apellyasiya şikayəti verib. Kaliforniya məhkəməsi aktrisanın şikayətilə razılaşıb.

Hakimin işdən uzaqlaşdırılmasının səbəbinə gəlincə, məlum olub ki, onun Bred Pittin vəkili ilə işgüzar münasibətləri varmış. Lakin Uderkirk bu münasibətlərini gizlədib. Kaliforniya məhkəməsi öz qərarında etiraf edib ki, hakimin belə davranışı etik pozuntudur. Əgər tərəflərdən hansısa biri ilə hakimin yaxın münasibəti varsa, hakim özü özünə etiraz etməli, həmin işə baxmamalıdır. Çünki əks halda, məhkəmənin tərəfsizliyi məsələsi şübhə altına düşmüş olur.

Aktrisanın bu “kiçik” qələbəsindən sonra beş uşaq uğrunda məhkəmə çəkişməsi yenidən davam edəcək.

Bred Pittə uşaqları keçmiş həyat yoldaşı ilə birlikdə böyütmək hüququ verən məhkəmə qərarı bu il mayın sonunda çıxarılmışdı. Hollivud ulduzları arasında məhkəmə çəkişməsi isə beş ilə yaxındır ki, davam edir.

Coli 2016-cı ilin sentyabrında boşanma üçün məhkəməyə müraciət edib. O, ərinin tərbiyə üsulundan narazı qalırdı. Bir sıra başqa məsələlərdə də tərəflər arasında fikir ayrılıqları var idi. Boşanmaya gətirib çıxaran son damla isə şəxsi təyyarədə sərxoş vəziyyətdə olan Bred Pittin böyük oğlu Meddoksu vurması olub. Amma sonradan aktyor bu barədə deyilənləri təkzib edib.

Coli və Pitt cütlüyünün altı övladından üçünü – Şaylo ilə əkizlər Noks və Vivyeni aktrisa özü dünyaya gətirib. Digər üçünü – Meddoks, Paks və Zaharı isə onlar övladlığa götürüb.

Son xəbərlər
Bütün xəbərlər »