Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sürücünün halı pisləşdi, polis yardıma yetişdi - Foto
Sürücünün halı pisləşdi, polis yardıma yetişdi - Foto

Bu gün günorta saatlarında Bakı-Şamaxı yolunda Rang Rover markalı, 10 OE 003 dövlət nömrə nişanlı avtomobilin xanım sürücüsü və sərnişinləri çətin anlar yaşayıb.

Avtomobil hərəkətdə olarkən sürücü qəfil özünü pis hiss edib, maşın yoldan çıxıb və qəza vəziyyəti yaranıb. Ancaq xoşbəxtlikdən qəza olmayıb.

Bu barədə Bizimyol.info saytına avtomobildə olan sərnişinlərdən biri -sürücünün rəfiqəsi Kəmalə Rzayeva məlumat verib. O deyib ki, xanım sürücünün (adının açıqlanmasını istəmir -red.) qəflətən halı pisləşdi və o, idarəetməni, demək olar, itirdi. Avtomobil yolun kənarına çıxsa da, saxlamaq mümkün oldu. Avtomobildə sürücünün azyaşlı uşaqları, eləcə də, anası Babayeva Nəzakət Şahmirzə qızı da vardı. Ölümdən döndüyümüz üçün hammız, xüsusilə, uşaqlar çox qorxdu. Nəzakət xanımın da halı pisləşdi. Bu zaman arxamızca gələn 792 saylı yol-patrul xidməti avtomobili bizə çatdı.

Abdullayev Elməddin Abdullayev Elməddin

YPX inspektoru, polis serjantı Abdullayev Elməddin Asif oğlu sürücüyə və sərnişinlərə yardım etdi, su verdi, sakitləşdirməyə çalışdı. Təcili və təxirəsalınmaz tibbi yardım çağırdı, ancaq tibbi yardım briqadası gec gəlincə, polis serjantı Elməddin Abdullayev özü gedib həkim gətirdi. Sürücüyə və sərnişinlərə yardım göstərildi və sürücünün halı yaxşılaşdı.Daha sonra Elməddin Abdullayev bizi gedəcyimiz yerə qədər müşayiət etdi, mənzil başına sağ-salamat çatdığımızdan əmin olduqdan sonra öz xidmət yerinə qayıtdı".

Sürücünün halı pisləşdi, polis yardıma yetişdi - Foto

Kəmalə Rzayeva deyib ki, avtomobilin sürücüsü, anası Nəzakət xanım və avtomobilin digər sərnişinləri də onları təhlükədən qurtaran, hər cür yardım edən polis serjantı Elməddin Abdullayevə təşəkkür edir: "Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov başda olmaqla yollarda nümunəvi xidmətin təşkilində əməyi keçən hər kəsə təşəkkür edirik. Serjant Elməddin Abdullayev əsl peşəkar və qayğıkeş polis işçisi kimi davrandı. Buna görə biz hamımız: "Çox sağ olsun" deyirik. Allah razı olsun!"

Bizimyol.info

Paylaş »
››› Qadınların qeybə çəkildiyi, uşaqların ac dolaşdığı şəhər - Video
››› İlham Əliyevi İranla bağlı açıq danışmağa vadar edən səbəblər
››› “Bir möcüzə baş verə, ev qapımız döyülə...” – Şəhid övladlarının ata həsrəti
››› 20 qəpiklik maska 50 qəpiyə: Qayğı, yoxsa fürsət...
››› Dünya böhrandan geri dönür: Yeni qaydalarla yola davam...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kadırov seçkilərdə dünya rekordu qazanıb
Son xəbərlər
Bütün xəbərlər »