Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin hakim partiyasının sözçüsü: “Ermənistanın regionda sülhü təhlükə altına almasına icazə verilməyəcək”
Türkiyənin hakim partiyasının sözçüsü: “Ermənistanın regionda sülhü təhlükə altına almasına icazə verilməyəcək”

“Ermənistan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti Əliyevin mesajlarını yaxşı anlamalıdır. Əks təqdirdə yeni problemlərlə qarşılaşacaq”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelik “Twitter” səhifəsində yazıb.

Ermənistanın Kəlbəcərdə həyata keçirdiyi hücum nəticəsində Azərbaycan hərbiçisinin şəhid olmasına münasibət bildirən Ömer Çelik bunu sərt şəkildə qınayıb: “Bu hücumu lənətləyirik. Ermənistan təcavüzkar siyasətini davam etdirir. Bu, bölgədə sülhə təhlükədir. Ermənistanın regionda sülhü təhlükə altına almasına icazə verilməyəcək”.

Ədalət və İnkişaf Partiyasının sözçüsü onu da vurğulayıb ki, Türkiyə Prezidenti R.T.Ərdoğan da bölgə ölkələri ilə qurulacaq əməkdaşlıq mexanizminin əhəmiyyətinə diqqət çəkib: “Prezidentimiz də dedi ki, Ermənistan təcavüzkarlıqdan imtina edərsə, bu mexanizmə daxil edilməlidir. Ermənistan bu tarixi fürsəti qaçırmamalıdır”.

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »